18 mart 2019, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Dil və ədəbiyyat dərslərinin tədrisi  məsələləri - IV YAZI  
Dil və ədəbiyyat dərslərinin tədrisi  məsələləri - IV YAZI  
08.01.2019, 09:00

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

Ali məktəblərdə filologiya fakültəsinin, daha sonra magistratura, doktorantura pilləsinin mövcudluğunu və mütəxəssislərin bütün ömürlərini bu işə sərf etməsini nəzərə alsaq, deməliyik ki, dil və ədəbiyyat fənlərinin dərinliklərini, incəliklərini öyrənməyə kifayət qədər imkan var. Azərbaycan dilinin özü bir mədəniyyət, təfəkkür və bədiiyyat dili kimi ədəbiyyatımızı dərindən öyrənməyə şərait yaradır. Ancaq gərək dilimizi və ədəbiyyatımızı anamızın südü kimi qəbul edək. Ana südü uşaq üçün nədirsə, doğma dil və ədəbiyyat da millətin hər bir övladı üçün odur. Ona görə də usaq ana südünü ağzında necə dadırsa, doğma ana dilini və ədəbiyyatını da eləcə dadmalıdır. Bu mənada yenə də qeyd etmək yerinə düşər ki, Sovet dövründə yaranmış ədəbiyyatın üstündən xətt çəkməyə haqqımız yoxdur. Bu dövrdə yaranmış ədəbiyyatı ana südümüz kimi dadmalıyıq, yaxşı və pis tərəflərini bir-birindən ayırd etməliyik, yaxşı cəhətləri təbliğ etməli, pis cəhətləri isə ibrət dərsinə çevirməliyik. Bunu da unutmaq olmaz ki, Sovet dövründə yaranmış ədəbiyyatın siyasi-ideoloji cəhətlərinə aydınlıq gətirməklə yanaşı, sənətkarlıq tərəflərini də diqqətdən qaçırmamalıyıq. Hansı dövrdə yaranmasından və hansı ictima-siyasi ideologiyaya xidmət etməsində asılı olmayaraq, istənilən bir bədii əsərin sənətkarlıq tərəfini açmaqla insanlarda bədii zövqün formalaşmasına da çalışmalıyıq. Yəni ədəbiyyatın, o cümlədən istənilən bədii əsərin ictimai-siyasi, ideoloji cəhətləri ilə sənətin tələblərinə cavab verməsini, sənətkarlıq məsələlərini bir-biri ilə qarışdırmamalıyıq. Bax bu mənada da Sovet dövründə yaranmış  ədəbiyyatın ideoloji tərəfləri ilə sənətkarlıq tərəfləri bir-birinə qarışdırılır, daha doğrusu, ideoloji tərəf şişirdilir, sənətkarlıq tərəfi isə  unudulur. Bunun özü də ədəbiyyata (konkret desək, Sovet ədəbiyyatına) birtərəfli qiymət verməkdir. Məhz bu cür qiymət ədəbiyyatın əsl qiyməti ola bilməz. Ona görə də ədəbiyyatın özünün  ictimai-siyasi və ideoloji mübarizəsi ilə bədii, sənətkarlıq xüsusiyyətləri fərqli-fərqli anlayışlardır. Bu mənada ədəbiyyat ictimai-siyasi, ideoloji mübarizə ilə yanaşı, ədəbi-bədii və sənətkarlıq mübarizəsi də aparır. Yəni ədəbiyyat geniş mənada savaşır. Bu savaşda istənilən bədii əsərin ideoloji tərəfi (əgər varsa) ilə sənətkarlıq tərəfi bir-birindən ayrılır. Bu mənada Sovet dövründə yaranmış ədəbiyyatın ideoloji tərəfi bizi təmin etməsə də, ancaq sənətkarlıq tərəfi oxucuda sənət zövqünü, bədii zövqü formalaşdıra bilir. Müqayisə üçün qeyd edək ki, bu gün dünyada dil, din, mədəniyyət və s. savaşları gedir. Bu savaşların hər birinin siyasi tərəfləri ilə yanaşı, dəyər rolunu oynayan tərəfləri də var. Tarixi təcrübə göstərir ki, bəzən (və əksər vaxt) siyasi tərəf məqsədli şəkildə dəyər rolunu oynayan tərəfdən qabağa keçir. Belə olanda əsl həqiqət kölgədə qalır, təhrifli yanaşmalara meydan verilir. Təhrifli yanaşmaların çoxalması əsl həqiqətin savaşmasına imkan vermir. Bir sözlə, təkcə dil və ədəbiyyat savaşında deyil, həm də mədəniyyət, din savaşlarında da bu hal özünü göstərir. Ona görə də bütün savaşları düzgün aparmaq üçün savaş aparanların peşəkar zövqə malik olmaları əhəmiyyətli rol oynayır. Dil və ədəbiyyat savaşında sənət, sənətkarlıq məsələləri ön plana keçməli, dil və onun yaratdığı ədəbiyyat sənətkarlıq baxımından bayraq kimi, vətən kimi qorunmalıdır. Dünyanın hər bir milləti mədəni səviyyəsinə görə dilinə və ədəbiyyatına borcludur. Mədəni səviyyə, eləcə də milli mədəni səviyyə dilin və ədəbiyyatın apardığı savaşın sayəsində mövcuddur. Dil və ədəbiyyat mövcud mühitin, şəraitin içindən keçir, nəticədə mövcud mühitin, şəraitin savaşları ilə üz-üzə qalır. Dil və ədəbiyyatın savaşı olmazsa, onda dil və ədəbiyyat (milli dil və ədəbiyyat) yaşaya bilməz. Bu cür savaşın sayəsində Azərbaycan dili və ədəbiyyatı ərəb, fars müqavimətindən keçə bilmiş və hal-hazırda müasir dünyanın dil və rəqabət müqavimətinə cavab verə bilir.

         
Azərbaycan ədəbiyyatı tarixinə bütöv bir orqanizmi kimi yanaşmaq lazımdır. Onun bütün dövrlərinin təfərrüatlarına varmaqla öyrənmək  və gənc nəslə öyrətmək lazımdır. Biz onun Sovet dövrünü qəbul etməməklə ədəbiyyat tariximizin bütövlüyünü qırmış oluruq. Bəzən hətta yanlış olaraq fars dilində yazanların yaradıcıllığını da ədəbiyyat tariximizin tərkib hissəsi kimi qəbul etməyənlər var. Belə mövqedə olanlar Azərbaycan ədəbiyyatı tarixinin bütövlüyünü bilərəkdən və ya bilməyərəkdən dağıdırlar. Halbuki fars dilində yazmağın, eləcə də Sovet dövründə Sovet ədəbiyyatının yaranması səbəbləri gənc nəslə, ədəbiyyat tarixini öyrənənlərə aydınlaşdırılmalı, izah olunmalıdır. Əgər belə olmasa, onda gənclik və gələcək nəsil ədəbiyyatımıza, onun tarixinə dərindən bağlanmayacaqdır. Ədəbiyyat tariximizdə mövcud olanları olduğu kimi öyrətmək doğrunu öyrətmək deməkdir. Ancaq bu çətinliklərdən qaçaraq ədəbiyyatımızın (ədəbiyyat tariximizin) siyasi, ideoloji tərəflərini öyrətməmək yanlış öyrətməkdən başqa bir şey deyildir. Bu da nəticə etibarilə ədəbiyyat tariximizin tamlığına xələl gətirəcək, eyni zamanda gənc nəslə ədəbiyyat tariximiz barədə natamam bilgilər verəcəkdir. Dil və ədəbiyyat müəllimləri bu incə məqamları ciddi şəkildə nəzərə almasa, onda dünyagörüşü, mədəniyyəti, biliyi yarımçıq olan nəsil yetişəcəkdir. Tariximizin uğurları və uğursuzluqları bizə aid olduğu kimi, ədəbiyyatımızın uğurları və uğursuzluqları da bizə aiddir. Onların hər ikisini öyrətmək, onların hər ikisindən ibrət dərsi götürmək doğru bir yoldur. Bir sözlə, tariximizə, dilimizə, dinimizə, ədəbiyyatımıza yiyə durmaq, sahib çıxmaq özümüzü təsdiqimizdir. Azərbaycan ədəbiyyatı tarixinin öyrədilməsində bir çətinlik də fars dilində yazılmış ədəbiyyatın, o cümlədən klassiklərin öyrədilməsidir. Təbii ki, ədəbiyyat tariximiz tarixi ardıcıllıqla öyrədilir. Qədim dövrdən başlayır və müasir günümüzə qədər gəlib çıxır. Bu zaman orta məktəb usaqlarının qədim və orta əsrlər ədəbiyyatını öyrənmələri çətinliklərlə qarşılaşır. Məsələn, Füzulini, Nəsimini, Q.Bürhanəddini və digərlərini öyrənmək o qədər də asan deyildir. Ona görə də daha yaxşı olar ki, ibtidai siniflərdə onların yaradıcılığının motivləri əsasında uşaqların anlaya biləcəyi hekayələr, materiallar verilsin. Belə olarsa, uşaqlar bu cür təməl üzərində Nəsimini, Füzulini və digərlərini daha yaxşı öyrənə bilərlər. Müqayisə üçün Türkiyədə mövcud olan yaxşı bir ənənəni qeyd etmək yerinə düşər. Belə ki, türklər sufizmi yaxşı öyrətmək üçün klassiklərin və böyük ustadların fikirləri əsasında kiçik hekayələrlə ən çətin ədəbi-bədii mətləbləri oxucuya (xüsusilə uşaqlara) aşılaya bilirlər. Məsələn, Cəlaləddin Ruminin, Fəridəddin Əttarın, Əhməd Yəsəvinin, Bahəddin Nəqşbəndinin, Bəyazid Bistaminin, Şihabəddin Yəhya Sührəvərdinin, İdris Şahin və digərlərinin müdrik fikirləri kiçik hekayələr vasitəsilə oxuculara (o cümlədən uşaqlara) çatdırılır. Bu da insani keyfiyyətlərin formalaşması ilə yanaşı, sufizmin (təsəvvüfün) nə demək olduğunu, mahiyyət və məzmununun nədən ibarət olduğunu oxucuya təlqin edə bilir.

         
Dil, ədəbiyyat müəllimləri dilə, ədəbiyyata sevgini aşılamaqla tariximizə, mədəniyyətimizə, dinimizə, milli dəyərlərimizə bağlılığı və məhəbbəti gücləndirə bilər, uşaqlara gənc nəslə lazım olan açarı vermiş olarlar. Uşaqlar, gənclər isə həmən açar vasitəsilə bütün sirləri və tilsimləri aça bilərlər.                                    


Son
   


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bolqarıstanda Novruz bayramı qeyd olunub
18.03.2019, 23:22

Bolqarıstanda Novruz bayramı qeyd olunub

Deputatın  oğluna daha bir vəzifə verildi
18.03.2019, 23:14

Deputatın  oğluna daha bir vəzifə verildi

Qatar qəzasında 24 nəfər öldü
18.03.2019, 22:57

Qatar qəzasında 24 nəfər öldü

Niderlandda atışma: 3 ölü
18.03.2019, 22:36

Niderlandda atışma: 3 ölü

Şuranın tətbiq etdiyi yeniliklər AÇIQLANDI
18.03.2019, 22:22

Şuranın tətbiq etdiyi yeniliklər AÇIQLANDI

Mərkəzi Asiyanın ən iri məscidi Qazaxıstanda tikiləcək
18.03.2019, 22:08

Mərkəzi Asiyanın ən iri məscidi Qazaxıstanda tikiləcək

Yol polisi əməkdaşı ər-arvadı belə döydü - VİDEO
18.03.2019, 21:50

Yol polisi əməkdaşı ər-arvadı belə döydü - VİDEO

Azərbaycan demokratiya yolunda inamla irəliləyir
18.03.2019, 21:35

Azərbaycan demokratiya yolunda inamla irəliləyir

Sumqayıtda 57 yaşlı kişi itkin düşdü - FOTO
18.03.2019, 21:16

Sumqayıtda 57 yaşlı kişi itkin düşdü - FOTO

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır
18.03.2019, 20:59

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb
18.03.2019, 20:42

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb

Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb
18.03.2019, 20:30

Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLAR
18.03.2019, 20:17

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLAR

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı
18.03.2019, 20:04

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı

“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov
18.03.2019, 19:50

“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov

İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 
18.03.2019, 19:36

İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar
18.03.2019, 19:28

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR
18.03.2019, 19:20

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi
18.03.2019, 19:12

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi

Prezident xəstəxananın təmirinə 2 milyon ayırdı
18.03.2019, 19:04

Prezident xəstəxananın təmirinə 2 milyon ayırdı

Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi
18.03.2019, 18:56

Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ
18.03.2019, 18:48

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”
18.03.2019, 18:40

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək
18.03.2019, 18:32

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək

Oğurluq edən yeniyetmə saxlanıldı
18.03.2019, 18:24

Oğurluq edən yeniyetmə saxlanıldı

Xəzər dənizində zəlzələ olub
18.03.2019, 18:16

Xəzər dənizində zəlzələ olub

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər
18.03.2019, 18:08

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər

Film ssenariləri müsabiqəsi elan olundu
18.03.2019, 18:02

Film ssenariləri müsabiqəsi elan olundu

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb   
18.03.2019, 17:58

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb  

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı   
18.03.2019, 17:46

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı  

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb   
18.03.2019, 17:32

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb  

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR
18.03.2019, 17:21

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR

Nazirlik bir həftədə 61 təlim keçirdi
18.03.2019, 17:20

Nazirlik bir həftədə 61 təlim keçirdi

Kooperasiya Universitetində bayram tədbiri - FOTO
18.03.2019, 17:19

Kooperasiya Universitetində bayram tədbiri - FOTO

QHT Şurası müsabiqənin nəticələrini açıqladı   
18.03.2019, 17:18

QHT Şurası müsabiqənin nəticələrini açıqladı  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.03.2019, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev
18.03.2019, 17:14

“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR
18.03.2019, 17:06

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR

Nazir:
18.03.2019, 16:53

Nazir: "Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyevin heykəllərinin qoyulması üçün işlər gedir"  

Azercell-dən rəqəmsallığa doğru daha bir addım
18.03.2019, 16:48

Azercell-dən rəqəmsallığa doğru daha bir addım

Daha bir ölkə OPEK+ komitəsini tərk etdi
18.03.2019, 16:45

Daha bir ölkə OPEK+ komitəsini tərk etdi

Siyavuş Novruzov: Həbsxanaya avtoritar kimi düşən, mələk cildində çıxır
18.03.2019, 16:26

Siyavuş Novruzov: Həbsxanaya avtoritar kimi düşən, mələk cildində çıxır

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
18.03.2019, 16:19

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur
18.03.2019, 16:12

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur

Deputat seçicilərinə bayram sovqatı çatdırdı
18.03.2019, 16:06

Deputat seçicilərinə bayram sovqatı çatdırdı

Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA
18.03.2019, 16:02

Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA

Hollandiyada terror: Ölən və yaralananlar var
18.03.2019, 15:58

Hollandiyada terror: Ölən və yaralananlar var

Bahar Muradova Horadizdəki Novruz şənliyinə getdi
18.03.2019, 15:42

Bahar Muradova Horadizdəki Novruz şənliyinə getdi

Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı
18.03.2019, 15:41

Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı

Azərbaycan elmi məqalə sayına görə Cənubi Qafqazın lideridir
18.03.2019, 15:32

Azərbaycan elmi məqalə sayına görə Cənubi Qafqazın lideridir

ARXİV