Modern.az

Azərbaycanın Qənirəsi…  

Azərbaycanın Qənirəsi…   

Mədəni̇yyət

9 Yanvar 2019, 10:06

İşgüzardır- yorulmadan çalışır...

Ziyalıdır- haqqı deməkdən çəkinmir...

Təəssübkeşdir- türkün buna layiq olduğunu yaxşı bilir…

Natiqdir- ilk sözüylə son sözünün arasında məntiq yol gedir…

Xeyirxahdır- insanlara kömək göstərməyə, yardım etməyə tələsir…

Səmimidir- boğazdan yuxarı danışmaz, hər sözü ürəkdən gələr. Səs titrədisə deməli pakdır…

O, 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində dünyaya gəlib. İki ali təhsili var- Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 

1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. Bir müddət Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

2005-ci ildən Milli Məclisin deputatıdır. Subaydır. Firuzə adlı mənəvi qızı var…

…Səlahiyət- insanın taleyinə yazılmış sehirli qüvvə. Kim bu qüvvənin sehrini xeyir əməllərə, xalqına xərcləyə bilirsə, bu sehir onu tərk edəndə də başı uca, alnı açıq olacaq… 

Mənən rahatdır- xeyirxah əməlləri yaşından qat-qat çox olduğundandır… 

Dost qarşısında pambıq təki yumşaq, düşmən qarşısında polad kimi sərt olmağı bacarır- türk qızı türkdür…

...O, ötən əsrin axırlarından, erkən gəncliyindən sevilir. Cəsarətli sualları, inadkarlığı onu həmişə həmkarlarından fərqləndirib. Adı, soyadı dillər əzbəri olub. İllər ötdükcə, o ad və soyad neçə-neçə xoş olaylara möhür olub...

Bu gün Qənirə Paşayeva dedikdə özündə ən yüksək keyfiyyətləri ehtiva edən bir türk xanımının obrazı göz önünə gəlir. Cəsur, təəssübkeş, səmimi, işgüzar bir türk xanımı…

…Dayan! Deyəsən, aramızda ağız büzən də var- üzr istəyirəm, sən Allah düzünü de, onun qədər bu xalqa xidmət etmisənmi?..

Bəli, nə yaxşı ki, Azərbaycanın Qənirəsi var- Qənirə Paşayevası…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir