Modern.az

Səfər Əbiyev: "Danışıqlar alınmasa, müharibə qaçılmazdır"

Səfər Əbiyev: "Danışıqlar alınmasa, müharibə qaçılmazdır"

12 Dekabr 2009, 19:08

Müdafiə naziri Səfər Əbiyev jurnalistlərə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasa, müharibə qaçılmaz olacaq. “Bunu hamı bilməlidir”-deyə S.Əbiyev əlavə edib.
Nazir Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına yeni komandanın təyin olunması barədə sualı isə belə cavablandırıb: "Bu vəzifəni general-mayor Altay Mehdiyev icra edir. Onun da heç bir problemi yoxdur”.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir