Müdafiə naziri Səfər Əbiyev jurnalistlərə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasa, müharibə qaçılmaz olacaq. “Bunu hamı bilməlidir”-deyə S.Əbiyev əlavə edib.
Nazir Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına yeni komandanın təyin olunması barədə sualı isə belə cavablandırıb: "Bu vəzifəni general-mayor Altay Mehdiyev icra edir. Onun da heç bir problemi yoxdur”.