Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə tənqid olunub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Respublika partiyasının mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov öz Facebook profilində baş naziri kəskin tənqid edib.
“2019-cu ilə artan narahatlıq ilə daxil oluruq.
1.Birinci dərəcəli məhsulların bahalaşması
2.2018-ci ilin dövlət büdcəsinin icra olunmaması
3.Real müxalifətin olmadığı yeni parlament
4.Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında kı mövqeyinin zəifləməsi və Baş katib postunu itirməsi
5.Paşinyanın möhtəşəm erməni-rus münasibətlərindən danışdığı halda, rus qazının bahalaşması.
Amma 1 yaxşı xəbərimiz də var. Paşinyan bunu məğlubiyyət hesab etmir”.