Modern.az

Vaqif Mustafazadə gecəsi keçiriləcək

Vaqif Mustafazadə gecəsi keçiriləcək

12 Dekabr 2009, 19:33

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmərindən verilən məlumata görə, dekabrın 16-da Bakı Caz mərkəzində dahi Azərbaycan musiqiçisi, “Caz-muğam”-ın banisi Vaqif Mustafazadənin ölüm gününün 30 illiyinə həsr edilmiş gecə keçiriləcək. Modern.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Vaqif Mustafazadə adına Xeyriyyə fondu ilə birgə təşkil olunacaq.
Gecəyə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri dəvət edilib. Gecənin proqramına V. Mustafazadənin ev muzeyinin əməkdaşları tərəfindən hazırlanmış Vaqif Mustafazadə saytının təqdimetmə mərasimi və “Retro-Sevil” ansamblının çıxışı daxildir.

Respublikanın əməkdar artisti, caz muğamının banisi, bəstəkar və pianoçu, vəfatından sonra isə Dövlət mükafatı laureatı adına layiq görülən Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da Bakıda, İçəri Şəhərdə anadan olub.
O, yaradıcılığının qaynar çağında “Caz-trio”, “Leyli”, “Caz-Muğam” ansambllarını yaradıb, Tbilisidə, Bakıda, Donetskdə keçirilən caz festivalları və konkurslarda qələbə qazanıb. “Melodiya” firmasında onun 9 albomu çıxıb.
1979-cu ildə Fransanın Monako şəhərində keçirilən caz kompoziyaları festivalında Vaqif Mustafazadə dünyanın ən yaxşı bəstəkarı adına layiq görülüb.
16 dekabr 1979-cu ildə Daşkənddə qastrolda olan Vaqif Mustafazadə çıxış zamanı ikinci infarkt keçirib. Onu xəstəxanaya aparırlar, ancaq təəssüf ki, musiqiçini xilas etmək mümkün olmayıb.
V.Mustafazadənin qızları Lalə və Əzizə bu gün atalarının yolunu davam etdirirlər.

Vaqif Mustafazadə adına mədəniyyət-xeyriyyə fondu tərəfındən cazmenin ev-muzeyinin əsaslı təmiri təşkil edilib və təmır işləri 5 ay sürüb. Fundamental bərpa işlərinə baxmayaraq, burada Vaqif Mustafazadənin yaşayıb-yaratdığı vaxtların stili və atmosferi saxlanılıb. Muzeydə 153 foto, 15 afişa, həmçinin kino və videomateriallar, diplomlar, sertifikatlar, val və fotoalbomlar saxlanılır.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir