Modern.az

Quba-Xaçmaz yolundakı dəhşətli qəzanın SƏBƏBİ - Mövsümə uyğun olmayan şinlər... - RƏSMİ

Quba-Xaçmaz yolundakı dəhşətli qəzanın SƏBƏBİ - Mövsümə uyğun olmayan şinlər... - RƏSMİ

Aktual

10 Yanvar 2019, 19:44

10.01.2019-cu il tarixdə, saat 09-00 radələrində Quba-Xaçmaz avtomobil yolunun 7-ci kilometrliyində hərəkətdə olan “VAZ 21010” markalı avtomobil yolda sürüşərək qarşıdan gələn “Ford” markalı avtomobilə çırpılıb. Nəticədə, “VAZ 21010” markalı avtomobildə olan 3 sərnişin dünyasını dəyişib, sürücü isə xəsarət alıb.

 

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Modern.az-a deyib ki, ilkin ehtimala görə, qeyd olunan yol nəqliyyat hadisəsi “VAZ 21010” markalı avtomobilin sürücüsünün yolun sürüşkən olmasını nəzər almaması, qarşıdan gələn avtomobillə ara məsafəsini və sürət həddini düzgün seçməməsi nəticəsində baş verib.   
     

"Araşdırma zamanı o da müəyyən edilib ki, “VAZ 21010” markalı avtomobilin təkərlərinin şinləri mövsümə uyğun olmayan və müvafiq texniki göstəricilərə cavab verməyən vəziyyətdə olub.

    
Baş DYP İdarəsi bu hadisəni nəzərinizə çatdırmaqla bir daha sürücülərə qış mövsümü ilə əlaqədar olaraq nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmalarını, avtomobillərinin texniki sazlığına, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrinin, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini tövsiyə edir.

Əmin olun ki, qanunun tələblərinə riayət etməklə və müsbət təcrübədən yararlanmaqla qəzalardan yayınmaq mümkündür”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!