19 mart 2019, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - “Sosial şəbəkələrdə işimiz Laçını, laçınlılığımızı qorumaq olmalıdır, şəxsi mənafelər yox...” - MÜSAHİBƏ
“Sosial şəbəkələrdə işimiz Laçını, laçınlılığımızı qorumaq olmalıdır, şəxsi mənafelər yox...” - MÜSAHİBƏ
11.01.2019, 10:05

“Üzdə olan bəzi adamlarımız sosial şəbəkələrdən də öz maraqları üçün yararlanırlar, amma həqiqəti onsuz da hamı biləcək”

 
Uzun illərdir Laçın, laçınlılarla bağlı sosial şəbəkələrdə təmannasız xidmət göstərən Siyavuş Əmirli Modern.az saytına müsahibə verib.
 

- Siyavuş müəllim, uzun illərdir Laçınla bağlı internet resurslarında ciddi fəaliyyətiniz var. Belə demək mümkünsə, dünya sosial şəbəkələrdədir. Bu mənada işğal altında olan Laçını, onun mühiti, insanları barədə sosial şəbəkələrdə yer alan materiallar yetərlidirmi?

 - Son 6 ilə qədər laçınlılar sosial şəbəkələrdə aktiv deyildi. İndi isə aktivdirlər. Üstəlik gənclərlə bərabər, yaşlılar da sosial şəbəkələrdən istifadə etdiklərinə görə, Laçınla bağlı səhifələrdə yığışıb, maraqlı məqamlara toxunurlar. Laçın əhalisinin keçmiş adətlərindən, özünəməxsus sözlərindən danışırlar, gənclərə keçmiş adətlərimizi aşılamağa çalışırlar.

Bir də gənclərin məlumatlılığını artırmaq üçün yurd yerlərimiz haqqında geniş paylaşımlar edirlər. Laçınlıların biri-birinə müraciətdə daha çox işlətdiyi ifadə“əmioğlu” və “qağa”dır. Ağsaqqallar gənclərin Laçının bu cür özünəməxsusluqlarını unutmasını istəmirlər. Ümumən sosial şəbəkələrdə Laçın, laçınlılar barədə geniş materiallar verilir. Ancaq heç şübhəsiz ki, daha çox iş görmək olar.  

- Laçından çıxanda neçə yaşınız var idi?

- 13 yaşında idim. Laçının hər bir nöqtəsi mənim uşaqlıq yaddaşımdadır. İllərdir  özümdə bu cür formalaşdırmışam; hər gecə yatmazdan əvvəl xəyalən Laçına gedirəm. Uşaqlığımda gördüyüm yerləri, getdiyim cığırları gözlərimin qarşısına gətirirəm. Laçının hər dağı, daşı yadımdan çıxmasın deyə belə edirəm.

Sosial şəbəkələrin, internetin mövcudluğu imkan verir ki, doğma yurd-yuvamızın indiki vəziyyətini də görə bilək. Mən bunu mütəmadi araşdırıram. Hazırda Laçında uşaq bağçasında işləyən erməninin adını belə bilirəm. Orada kimlərin yaşadığını, orta məktəb, internat məktəbi, uşaq bağçası və s. müəssisələrdə çalışan ermənilərin adlarını, onlar haqqında məlumatları əldə etmişəm. Bu məlumatları axtardıqca, öyrəndiyim erməni dilini də inkişaf etdirirəm.


- Bəs, lacin.info saytının yaradılması ideyası necə yarandı?

- Biz bu saytı 5 il əvvəl yaratmışıq. Elə yeri gəlmişkən, bu ilin aprel ayında saytımızın 5 yaşı da tamam olur. Saytın yaradılması hər bir laçınlının arzusu olub. Amma maddi imkansızlıq, saytın təminatı məsələsinin problem olması buna imkan vermirdi.  Saytın yaradılmasının məqsədi laçınlı ziyalıların tanıdılması, Laçının adət-ənənələrinin, özünəməxsusluğunun qorunması idi.

- Laçınlılar bu məsələdə sizə dəstək olurlarmı?

- Əlbəttə, laçınlı ziyalıalr, iş adamları, adi vətəndaşlar müəyyən qədər dəstək göstərirlər. Deyə bilərəm ki, bu gün fəaliyyətimiz uğurludur. Əvvəllər biz düşünürdük ki, yalnız rayon çərçivəsində tanınırıq. Amma görünür ki, Lacin.info saytı fəaliyyətini genişləndirə bilib. Saytımızın izləyiciləri arasında tək laçınlılar deyil, bütün ölkə əhalisi var. Hətta xaricdə yaşayan azərbaycanlılar da izləyirlər.

- Sosial şəbəkədə hər rayonumuzun çoxlu izləyicisi olan sanballı səhifələri var. Laçına aid olan səhifələr təbliğat baxımından özünü doğrulda bilirmi?

- Laçınlıların idarə etdiyi, laçınla bağlı olan veb-səhifələr sosial şəbəkələrdə kifayət qədər çoxdur. Fərdi şəxslərin idarə etdiyi səhifələrdən əlavə, Laçın.info saytının və “Laçın yurdu” jurnalının veb-səhifələri də yaradılıb. Uşaqlıq, gənclik illəri Laçında keçən şəxslər özlərinin xatirələrini, orada çəkilən şəkilləri səhifələrdə bölüşürlər. Gənclər isə daha da irəli gedərək, rayonumuzun bugünkü görüntülərini əldə edir, paylaşırlar.

Əvvəllər kəndlərdə, “kəndin ortası” adlandırdığımız yerlər olardı. Kənd əhli bir yerə yığışıb, müxtəlif mövzuları orada müzakirə edirdi. Bu gün sosial şəbəkələrdə mövcud olan veb-səhifələr laçınlılar üçün “kəndin ortası” rolunu oynayır. Laçın sakinləri biri-biri ilə ən asan şəkildə ünsiyyət yaradır.

Elə insanlar var ki, Laçından çıxmadan əvvəl yazdıqları gündəliklər hələ qalır. Qeyd etdikləri xatirələri hissə-hissə sosial şəbəkələrdə paylaşırlar. Bunu döyüşçülər daha çox edirlər. Laçının işğalından bir müddət əvvəlki hadisələri, gördüklərini, qeyd etdiklərini bizimlə bölüşürlər. Bu, tariximizdir və maraqla qarşılayırıq.


- Sosial şəbəkələrdə pərakəndə fəaliyyət göstərilməsi təbliğat məsələsində vahid idarəçiliyə ehtiyac yaradırmı?

- Sosial şəbəkələrdə ilk yaradılan “Laçın və laçınlılar” adlı qrup oldu. Biz bir neçə dost birləşib bunu yaratmışdıq. Qrupun məqsədi bu idi ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, heç bir siyasi təbliğat, paylaşımlar olmasın. Bu, fikir ayrılığı yarada, Laçın haqqında məlumatların arxa plana keçməsinə səbəb ola bilərdi. Amma tələbə əməl etməyən dostlar da olurdu. Fikir müxtəlifliyi olduqca, alternativ qruplar yaratdılar, hərə öz marağını təbliğ etməyə başladı. Buna baxmayaraq, indi də izləyiciləri Laçın haqqında məlumatlara kökləyib, vahid idarəçilik formalaşdıra bilərik. Bu məqamda bir məsələni mütləq vurğulamalıyam ki, bəzən üzdə olan adamlarımız sosial şəbəkələrdən də öz maraqları naminə arzuolunmaz işlərlə məşğul olurlar.  Bu məsələ barədə indi danışmaq istəmirəm. Amma həqiqəti onsuz da hamı biləcək. İndi elə zamanda yaşayırıq ki, heç nə gizlədilə bilməz. Sosial şəbəkələrdə istənilən təklifin mahiyyəti Laçın, laçınlılığımızı qorumaq, öz doğma yurd-yuvamıza sahib çıxmaq olmalıdır, şəxsi mənafelər yox.


- Laçının təbliğatı məsələsində gənclər üzərinə düşən öhdəliyi yerinə yetirə bilirlərmi?

- Bəli, gənclər çox aktivdirlər. Bir şeyi də qeyd edim ki, onların izləyiciləri də çoxdur. Laçınlı Mirkazım adlı fəal gəncin bir neçə gün əvvəl “Youtube” sosial şəbəkəsindəki profilinə baxmışdım. Təkcə bu şəbəkədə Mirkazımın  41 min izləyicisi var. O profilində Laçın haqqında məlumatları, şəkilləri, videoları paylaşır.

Bəzən gənclər erməni dilində hansısa məlumatı oxuduqda, başa düşmürlər. Mənə göndərirlər ki, tərcümə edim.

- Ermənilər də Lacin.info saytını izləyirmi?

- Mən deyərdim, hətta ən çox izləyən elə ermənilərdir. Dəfələrlə sayta xaker hücumları etməyə çalışıblar. Sosial şəbəkələrdə pisləyiblər. Xüsusilə, Aprel döyüşləri zamanı Lacin.info saytının üzərinə düşürdülər.

Biz buna görə saytımızı yeniləməyə, fəaliyyətini daha da yaxşılaşdırmağa çalışırıq. Lacin.info yalnız Azərbaycan dilində fəaliyyət göstərir. Məqsədimiz əvvəl saytın rusdilli bölməsini, sonra isə ermənidilli versiyasını yaratmaqdır. Düşünürəm ki, bu yeniliklərin tam reallaşması təxmini 1 il çəkər.

Ermənilər Laçının adını dəyişib, Berdzor qoyublar. Bizim saytımız yaranmazdan bir il əvvəl ermənilər Berdzor.ru adlı sayt yaratmışdılar. Bu saytın fəaliyyəti uzun çəkmədi. Tək Laçının deyil, digər bölgələrimizin də saytlarını yaradıblar. Amma bizim də işğalda olan rayonlarımızın veb-saytlarını yaratmağımız onların qarşısını alır.

İstəyim budur ki, Laçın işğaldan azad olunsun. Mən əvvəl əlimdə silah, döyüşə gedim. Sonradan saytın fəaliyyətini elə Laçında davam etdirim.

Əslində o qədər aludəçisi olmuşam ki, sosial şəbəkələrdəki erməniləri çox diqqətlə izləyirəm. Məsələn, kiməsə bir nəfərə əvvəllər yaşadığı Laçının hansısa hissəsindən şəkil lazım olanda, bilirəm ki, hazırda orada yaşayan filan erməni şəkil paylaşa bilər. Bunu gənclərə də aşılamışam.

Özüm ixtisasca tarixçi olduğuma görə, ən çox Laçının tarixi ilə maraqlanıram. Bu, sovet dövründə də ağrılı tərəfimiz olub. Laçının tarixini yaxşı öyrənə bilmədik. Artıq bu məqamları yavaş-yavaş işıqlandıra bilirik. Laçının adının haradan yaranmasını dəqiqləşdirə bilmirik. Rayon ərazisində çoxlu alban abidələri var. Ermənilər onların üzərində aktiv tədqiqatlar aparırlar. Böyük xəzinələr, maddi mədəniyyət nümunələri tapıblar. Bütün rayonların, kəndlərin adlarını dəyişib erməniləşdiriblər. Bizim kəndin adını Əriyavan qoyublar. Kəndi, eləcə də, bütün Laçını qədim erməni torpağı kimi təqdim edirlər. Saxta tarix yazırlar. Yalan məlumatları ingilis dilində hətta tərcümə edirlər.


- Bütün bunlardan sonra necə düşünürsünüz, informasiya müharibəsində uduzmuruq ki?

- Bu məsələdə ilk olaraq Vikipediya ağıla gəlir. Ermənilər bu müstəvidə kifayət qədər aktivdirlər. Təkcə qondarma erməni soyqırımını dünyaya tanıtmaq üçün 45 mindən artıq məqalə linki yaradıblar. Bizdə isə Laçın haqqında nə isə axtaranda Vikipediya-nın rus versiyasında ermənicə məqalələr də çıxır. Bunu dəyişdirmək üçün Rusiyanın Vikipediya-sına müdaxilə etmək çox çətindir. Hər hansı məlumatı dəyişmək üçün həddindən çox mənbə tələb edirlər.

Google xəritələrdə də Azərbaycanın işğal olunmuş rayonlarını axtaranda ermənicə çıxır. Sual olunur, qondarma Dağlıq Qarabağ respublikasını heç bir ölkə tanımayıb, hər kəs bilir ki, Azərbaycan torpaqları işğal olunub. Amma yer adlarımızın Google xəritədə adlarını dəyişmək üçün rəsmi addım atılmır.

- Düşmənə təbliğat sahəsində zərbə vurmaq üçün başlıca şərt nədir?

- Başlıca məsələ düşmənin dilini öyrənməkdir. Erməni arxivlərində Azərbaycanla, tariximizlə bağlı istənilən qədər məlumat var. Ermənilərin öz arxivindən materiallar götürərək, Azərbaycan ərazilərində erməni dövlətinin olmadığını sübut etsək, ermənilərin də deməyə sözü qalmayacaq. Bizdə isə bu sahədə fəaliyyət çox azdır. Daha çox istifadə etdiyimiz rusdilli, ingilisdilli mənbələrdir.

Mən özüm erməni dilini öyrəndiyim ərəfədə evdə övladlarıma məsləhət görürdüm ki, birlikdə öyrənək, hərdənbir ermənicə danışaq. İnanırsınızmı, mən dilimə yatması üçün onların yanında ermənicə danışanda belə mənə düşmən gözündə baxırlar. İctimai nəqliyyatda erməni dilində kitab oxuyanda ətrafdakılar doğru anlamır.  Hesab edirəm ki, hər birimiz erməni dilini bilməliyik.

Halbuki, ermənilər Azərbaycan dilini öyrənirlər. Bizi sevdiklərindən deyil, təbii ki. Bizi vurmağın yollarını axtarırlar. 

 



Aysel Aslan
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur
19.03.2019, 00:02

Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur

“OPEC plus”dan yeni çağırışlar
18.03.2019, 23:57

“OPEC plus”dan yeni çağırışlar

Azərbaycan nefti ucuzlaşdı
18.03.2019, 23:42

Azərbaycan nefti ucuzlaşdı

Bolqarıstanda Novruz bayramı qeyd olunub
18.03.2019, 23:22

Bolqarıstanda Novruz bayramı qeyd olunub

Çanaqqala zəfərinin 104-cü ildönümü anılır
18.03.2019, 23:16

Çanaqqala zəfərinin 104-cü ildönümü anılır

Deputatın  oğluna daha bir vəzifə verildi
18.03.2019, 23:14

Deputatın  oğluna daha bir vəzifə verildi

Qatar qəzasında 24 nəfər öldü
18.03.2019, 22:57

Qatar qəzasında 24 nəfər öldü

Niderlandda atışma: 3 ölü
18.03.2019, 22:36

Niderlandda atışma: 3 ölü

Şuranın tətbiq etdiyi yeniliklər AÇIQLANDI
18.03.2019, 22:22

Şuranın tətbiq etdiyi yeniliklər AÇIQLANDI

Mərkəzi Asiyanın ən iri məscidi Qazaxıstanda tikiləcək
18.03.2019, 22:08

Mərkəzi Asiyanın ən iri məscidi Qazaxıstanda tikiləcək

Yol polisi əməkdaşı ər-arvadı belə döydü - VİDEO
18.03.2019, 21:50

Yol polisi əməkdaşı ər-arvadı belə döydü - VİDEO

Azərbaycan demokratiya yolunda inamla irəliləyir
18.03.2019, 21:35

Azərbaycan demokratiya yolunda inamla irəliləyir

Sumqayıtda 57 yaşlı kişi itkin düşdü - FOTO
18.03.2019, 21:16

Sumqayıtda 57 yaşlı kişi itkin düşdü - FOTO

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır
18.03.2019, 20:59

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb
18.03.2019, 20:42

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb

Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb
18.03.2019, 20:30

Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLAR
18.03.2019, 20:17

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLAR

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı
18.03.2019, 20:04

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı

“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov
18.03.2019, 19:50

“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov

İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 
18.03.2019, 19:36

İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar
18.03.2019, 19:28

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR
18.03.2019, 19:20

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi
18.03.2019, 19:12

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi

Prezident xəstəxananın təmirinə 2 milyon ayırdı
18.03.2019, 19:04

Prezident xəstəxananın təmirinə 2 milyon ayırdı

Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi
18.03.2019, 18:56

Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ
18.03.2019, 18:48

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”
18.03.2019, 18:40

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək
18.03.2019, 18:32

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək

Oğurluq edən yeniyetmə saxlanıldı
18.03.2019, 18:24

Oğurluq edən yeniyetmə saxlanıldı

Xəzər dənizində zəlzələ olub
18.03.2019, 18:16

Xəzər dənizində zəlzələ olub

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər
18.03.2019, 18:08

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər

Film ssenariləri müsabiqəsi elan olundu
18.03.2019, 18:02

Film ssenariləri müsabiqəsi elan olundu

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb   
18.03.2019, 17:58

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb  

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı   
18.03.2019, 17:46

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı  

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb   
18.03.2019, 17:32

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb  

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR
18.03.2019, 17:21

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR

Nazirlik bir həftədə 61 təlim keçirdi
18.03.2019, 17:20

Nazirlik bir həftədə 61 təlim keçirdi

Kooperasiya Universitetində bayram tədbiri - FOTO
18.03.2019, 17:19

Kooperasiya Universitetində bayram tədbiri - FOTO

QHT Şurası müsabiqənin nəticələrini açıqladı   
18.03.2019, 17:18

QHT Şurası müsabiqənin nəticələrini açıqladı  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.03.2019, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev
18.03.2019, 17:14

“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR
18.03.2019, 17:06

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR

Nazir:
18.03.2019, 16:53

Nazir: "Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyevin heykəllərinin qoyulması üçün işlər gedir"  

Azercell-dən rəqəmsallığa doğru daha bir addım
18.03.2019, 16:48

Azercell-dən rəqəmsallığa doğru daha bir addım

Daha bir ölkə OPEK+ komitəsini tərk etdi
18.03.2019, 16:45

Daha bir ölkə OPEK+ komitəsini tərk etdi

Siyavuş Novruzov: Həbsxanaya avtoritar kimi düşən, mələk cildində çıxır
18.03.2019, 16:26

Siyavuş Novruzov: Həbsxanaya avtoritar kimi düşən, mələk cildində çıxır

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
18.03.2019, 16:19

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur
18.03.2019, 16:12

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur

Deputat seçicilərinə bayram sovqatı çatdırdı
18.03.2019, 16:06

Deputat seçicilərinə bayram sovqatı çatdırdı

Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA
18.03.2019, 16:02

Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA

ARXİV