Modern.az

Ticarət mərkəzdə müştərinin 300 manatını oğurlayan saxlanılıb

Ticarət mərkəzdə müştərinin 300 manatını oğurlayan saxlanılıb

11 Yanvar 2019, 10:18

Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazada oğurluq hadisəsi baş verib.

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, bu barədə rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən həmin mağazanın müştərisi İbrahim Allahverdiyev həyat yoldaşının içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum Şəfa İsmayılov saxlanılıb.

 

Qeyd edək ki, saxlanılan şəxsin mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Saxlanılan şəxs ifadəsində etdiyi cinayəti etiraf edib. Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub