Modern.az

Gənc kikboksçu avtomobil qəzasında həlak olub  

Gənc kikboksçu avtomobil qəzasında həlak olub  

Aktual

11 Yanvar 2019, 10:50

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, "Şahdağ Quba" idman klubunun kikboksçusu, "Baku Open" 2018 turnirinin qalibi Coşqun Qasımov avtomobil qəzasında dünyasını dəyişib.

Bu barədə məlumatı Modern.az-a federasiyasının vitse-prezidenti, dünya çempionu Güloğlan Cabbarov verib.

“Quba şəhərində maşın qəzasında həyatını itirən gənc kikboksçumuza Allah rəhmət eləsin. Mərhum kikboksçu məşqlərini "Şahdağ Quba" idman klubunun baş məşqçisi Telman Məhərrəmovun yanında davam etdirirdi. Böyük dərddir. Federasiyasının perspektivli idmançılarımızdan sayılırdı. Onun uğurları qarşıda idi. Azərbaycan kikboksinqinin və ölkə idmanının başı sağ olsun”.

Elnur Eltürk

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür