Modern.az

Ötən gün Azərbaycan yollarında 5 nəfər ölüb

Ötən gün Azərbaycan yollarında 5 nəfər ölüb

11 Yanvar 2019, 11:13

Yanvarın 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 132 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər