Modern.az

Astanada Ümumdünya Türkoloji Konqresi keçiriləcək

Astanada Ümumdünya Türkoloji Konqresi keçiriləcək

11 Yanvar 2019, 14:49

 

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı Qazaxıstan Respublikasının xarici işlər naziri Beybut Atamkulovla görüşü keçirilib.

 

Modern.az-ın məlumatına görə, görüşdə TWESCO-nun  2018-ci ildə gördüyü işlər barədə hesabat müzakirə olunub.

 

Akademiyanın gələcək işləri və nazirlikl bağlı əməkdaşlığı müzakirə edilib.

 

Eyni zamanda görüş çərçivəsində 2019-cu ildə Astanada keçiriləcək  Ümumdünya  Türkoloqlarının konqresinə hazırlıq msələləri müzakirə edilib.

 

İkitərəfli görüşdə  qeyd olunub ki,  Ümumdünya Türkoloqlarının Konqresi türk dünyasında çox böyük hadisə kimi dünya türkçülüyünə böyük töhvə və stimul verəcək.

 

B.Atamkulov qeyd edib ki,  türk əməkdaşlığı bu gün özünün yeni inkişaf mərhələsindədir.

 

“Qazaxıstan dövlətinin başçısı Nursultan Nazarbayev türkologiya elmlərinin  inkişafı üçün , türkçülüyün flaqmanı olan  və bu prinsiplərin müddəalarını özündə əks etdirən “Böyük Çölün 7 özəlliyi” adlı proqram məqaləsində türk xalqlarının yaxınlaşmasına böyük əhəmiyyət verib.

Türk xalqlarının yaxınlaşması, qardaşlaşması üçün bütün əsas prinsipləri göstərib. Həmin proqramı yerinə yetirmək üçün nazirlik konqresin keçirilməsinə diqqətini və qayğısını əsirgəməyəcək”.

 

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı xarici işlər nazirinə  Akademiyanın fəaliyyətində verdiyi dəstəyə görə minnətdarlıq edib.

O, 2019-cu ilin ortalarında  UNESKO-nun Baş Qərargahında “Böyük çöl: mədəni irs və dünya tarixində rolu” adlı beynəlxalq forumun keçiriləcəyi barədə də məlumat verib.

 

Qeyd edək ki, Türk Akademiyası  2012-ci ildə Nursultan Nazarbayevin təşəbbüsü ilə yaranıb.

 

Onu da xatırladaq ki, dünyada ilk Türk Qurultayı 1926-cı ildə Bakı şəhərində keçirilib. Rəsmi Astana bu gün həmin ənənəni davam etdirir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub