Modern.az

“Cibutinin Azərbaycan üçün xüsusi potensialı var” – Deputatdan AÇIQLAMA

“Cibutinin Azərbaycan üçün xüsusi potensialı var” – Deputatdan AÇIQLAMA

Aktual

11 Yanvar 2019, 16:24

“Azərbaycanın Cibuti ilə əlaqələri daha da möhkəmlənib”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Mirkişili deyib.

 

Deputat bildirib ki, keçən il ölkəmizə səfər edən Cibuti parlamentinin sədri ölkə rəhbərliyi ilə keçirdiyi görüşlərdə bu əlaqələrin daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə edib.

 

“Milli Məclisin rəhbərliyi ilə keçən görüşdə hər iki ölkənin qanunvericilik təcrübələrinin mübadiləsi müzakirə olunub. Hər iki ölkənin siyasi münasibətləri yüksək əməkdaşlıq səviyyəsindədir”.

Tahir Mirkişili qeyd edib ki,  Cibuti Xocalı soyqırımını tanıyıb və Ermənistan ilə diplomatik əlaqələrə sahib deyil.

 

“İqtisadi münasibətlərin inkişafı üçün strateji perspektivlər var. Azərbaycanın iqtisadi maraqlar dairəsinin genişləndirilməsidə və bu maraqların reallaşmasında Cibutinin xüsusi potensialı var. Keçən ildə bu potensialın reallaşdırılması üçün görülən işlər davam etdirilb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!