25 mart 2019, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Ombudsman bəyanat yaydı
Ombudsman bəyanat yaydı
11.01.2019, 16:54

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

 

Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-ə, YUNESKO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Bəyanatda deyilir: "1990-cı il qanlı 20 Yanvar faciəsindən artıq 29 il keçir. Unudulması mümkün olmayan, insanlığa qarşı törədilmiş bu qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarix həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. Bu hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir.

Belə ki, 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran erməni separatizminə keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstək verilməsi və ölkəmizə qarşı qərəzli mövqe nəticəsində adı çəkilən vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi, soydaşlarımızın ağır işgəncələrə, zorakılıqlara məruz qalması xalqımızın səbrini tükəndirmişdi. Həmin dövrdəki Sovet hökumətinin göstərişi ilə xalqımızın haqlı etirazını boğmaq, Azərbaycanda genişlənən milli-azadlıq hərəkatının qarşısını almaq üçün 20 Yanvar qırğını törədildi.

Rəsmi faktlara əsasən bildiririk ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə, dinc əhalini atəşə məruz qoymuş, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları, fundamental insan hüquqları kobudcasına pozulmuş, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilmişdir.

Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 168 nəfər silahsız mülki şəxsi, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürmüş, paytaxtda və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Həmin hadisələr zamanı hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olmuş, yaralanmışlar. Qadağan edilmiş silah və sursatdan istifadə etməklə ölçüyəgəlməz dağıntılar törədilmişdir. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində Respublika televiziyasının enerji bloku partladılmışdır.

O dövrdə Ümummilli liderimiz Heydər Əliyev bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat vermiş, 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir.

Qeyd olunmalıdır ki, həmin hadisələr xalqımızın iradəsini qıra bilməmiş və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyinin bərpası ilə nəticələnmişdir.

Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilmişdir. 20 Yanvar tarixi respublikamızda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur və həmin gün yüz minlərlə insan tərəfindən şəhidlər ehtiramla yad edilir.

Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilmiş, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.

Hər il olduğu kimi, bu il də dünya ictimaiyyətinin diqqətini həmin qanlı hadisələrə yönəltmək məqsədilə müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib və icra olunur.

Həmin dəhşətli faciə dinc əhalinin qırılmasına səbəb olub. Nəticədə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub. Lakin öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, qanlı aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.

Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

O dövrdə Sovet dövlətinin rəhbərliyi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, respublikamızın torpaqlarının 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan yerli azərbaycanlı əhali zorla qovulmuşdur. Bu hadisələr kütləvi şəkildə dinc əhalinin fundamental hüquqlarının pozulması ilə nəticələnmiş və indiyədək bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin sülh yolu ilə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan etmişdir. Bu isə nüfuzlu beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən Avropa Parlamentinin 12 dekabr 2018-ci ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyü bir daha vurğulandığı Qətnamədə öz əksini tapmışdır.

Qeyd olunmalıdır ki, 29 il əvvəl törədilmiş 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, ən əvvəl isə o vaxtki Sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.

Bu kimi halları törədənlərin cəzalandırılmaması dünyanın hədəflədiyi əsas prioritetlərinə, BMT-nin prinsiplərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə ziddir.

Biz dünya ictimaiyyətini və beynəlxalq qurumları Azərbaycan xalqının haqlı tələblərini dəstəkləməklə, insanlıq əleyhinə bu cinayəti törətmiş şəxslərin layiqincə cəzalandırılması naminə bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verməyə çağırırıq".


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan - Litva: heyətlər açıqlandı
25.03.2019, 17:40

Azərbaycan - Litva: heyətlər açıqlandı

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   
25.03.2019, 17:17

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   

Universitetlər müəllimlərə nə qədər maaş verir...   
25.03.2019, 16:57

Universitetlər müəllimlərə nə qədər maaş verir...  

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək
25.03.2019, 16:24

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək

Bakıda mənzildən qadın meyiti tapılıb
25.03.2019, 16:23

Bakıda mənzildən qadın meyiti tapılıb

“Edam günü” bədii filminin növbəti uğuru
25.03.2019, 16:06

“Edam günü” bədii filminin növbəti uğuru

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq    
25.03.2019, 15:53

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq  

Əli İnsanov yeni təşkilat yaradır
25.03.2019, 15:48

Əli İnsanov yeni təşkilat yaradır

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı
25.03.2019, 15:35

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”
25.03.2019, 15:18

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək
25.03.2019, 15:09

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

Silahlı şəxs 5 nəfəri güllələdi
25.03.2019, 15:05

Silahlı şəxs 5 nəfəri güllələdi

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu
25.03.2019, 14:55

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA
25.03.2019, 14:19

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO   
25.03.2019, 14:02

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO  

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO
25.03.2019, 13:39

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir
25.03.2019, 13:36

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı   
25.03.2019, 13:36

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı  

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”   
25.03.2019, 13:21

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”  

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI
25.03.2019, 13:07

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq
25.03.2019, 13:03

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”
25.03.2019, 12:47

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”

Paşinyan generallarla qapalı iclas keçirəcək
25.03.2019, 12:45

Paşinyan generallarla qapalı iclas keçirəcək

Azərbaycan hekayələri Fransada təqdim olundu
25.03.2019, 12:36

Azərbaycan hekayələri Fransada təqdim olundu

Danışan telefon   
25.03.2019, 12:24

Danışan telefon  

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB
25.03.2019, 12:16

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...   
25.03.2019, 12:06

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...  

Siyasi “meyit”in dirçəlmək cəhdləri
25.03.2019, 11:59

Siyasi “meyit”in dirçəlmək cəhdləri

Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi   
25.03.2019, 11:52

Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi  

Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL
25.03.2019, 11:49

Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL

Azərbaycanlı tələbələr təhsillərini Çexiyada davam etdirirlər
25.03.2019, 11:46

Azərbaycanlı tələbələr təhsillərini Çexiyada davam etdirirlər

Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı
25.03.2019, 11:42

Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı

Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ
25.03.2019, 11:28

Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ

Milli komandamız bu gün Litvanı qəbul edir   
25.03.2019, 11:26

Milli komandamız bu gün Litvanı qəbul edir  

Bu gün “Avro 2020”nin seçmə mərhələsində daha 7 oyun - TƏQVİM
25.03.2019, 11:24

Bu gün “Avro 2020”nin seçmə mərhələsində daha 7 oyun - TƏQVİM

İlham Əliyev Banqladeş prezidentini təbrik edib
25.03.2019, 11:17

İlham Əliyev Banqladeş prezidentini təbrik edib

Bu dünyada Əminə adlı bir xanım da var idi...
25.03.2019, 11:14

Bu dünyada Əminə adlı bir xanım da var idi...

Avropa Çempionatında daha 10 oyun keçirildi - NƏTİCƏLƏR   
25.03.2019, 11:05

Avropa Çempionatında daha 10 oyun keçirildi - NƏTİCƏLƏR  

Azərbaycan jurnalistikasının İlhamiyyəsi
25.03.2019, 10:48

Azərbaycan jurnalistikasının İlhamiyyəsi

Son 100 ildə adını dəyişən ölkələr - SİYAHI
25.03.2019, 10:47

Son 100 ildə adını dəyişən ölkələr - SİYAHI

Azərbaycanın Novruz adətləri Pakistanda nümayiş olundu - FOTOLAR
25.03.2019, 10:24

Azərbaycanın Novruz adətləri Pakistanda nümayiş olundu - FOTOLAR

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
25.03.2019, 10:03

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etməsini dəstəkləyib
25.03.2019, 09:49

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etməsini dəstəkləyib

Gömrükdən  “Marlboro”  və kürü keçirmək istəyənlərin qarşısı alındı  - FOTO
25.03.2019, 09:44

Gömrükdən  “Marlboro”  və kürü keçirmək istəyənlərin qarşısı alındı  - FOTO

Nəsimidə ikimərtəbəli ev yandı
25.03.2019, 09:37

Nəsimidə ikimərtəbəli ev yandı

Ermənilər cəbhədə təxribatlara davam edir
25.03.2019, 09:32

Ermənilər cəbhədə təxribatlara davam edir

Azərbaycanlıların macar parlamentində təmsil olunmasına çalışan soydaşımız   
25.03.2019, 02:00

Azərbaycanlıların macar parlamentində təmsil olunmasına çalışan soydaşımız  

Bağdadi ilə bağlı yeni iddia
25.03.2019, 00:37

Bağdadi ilə bağlı yeni iddia

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO
25.03.2019, 00:28

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO

Azərbaycanın rəqibləri xal qazandı
25.03.2019, 00:01

Azərbaycanın rəqibləri xal qazandı

ARXİV