22 mart 2019, Cümə
Ana Səhifə - GÜNDƏM - “Valyuta ehtiyatları xarici dövlət borcumuzu 4,3 dəfə üstələyir” – Samir Şərifov
“Valyuta ehtiyatları xarici dövlət borcumuzu 4,3 dəfə üstələyir” – Samir Şərifov
12.01.2019, 00:03

“2018-ci il dövlətimizin müasir tarixində xüsusi yerə layiq olan bir sıra layihələrin ərsəyə gəlməsi, o cümlədən nəhəng transmilli “Cənubi Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələrinin uğurla reallaşması, “Azərspace-2” peykinin orbitə buraxılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Sumqayıtda polipropilen zavodunun, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodunun istismara verilməsi ilə də səciyyələnir. 2019-cu ildə də davam etdiriləcək islahatlar iqtisadiyyatımızın inkişafına və xalqımızın rifahının yüksəldilməsinə böyük töhfə verəcək”. Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib.

 

Nazir qeyd edib ki, 2018-ci il, eyni zamanda, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması ili kimi də dəyərləndirilə bilər: "Büdcə-fiskal siyasətin monetar siyasətlə sıx əlaqəli şəkildə həyata keçirilməsi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub, inflyasiyanın cilovlanmasına və ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz-bənd azalmasına nail olunub. Xarici ticarət balansındakı müsbət saldo tədiyyə balansının cari əməliyyatlar hesabının 5 milyard ABŞ dollarına qədər, məcmu valyuta ehtiyatlarının isə ötən ilin əvvəlinə nisbətən 3,0 milyard ABŞ dolları məbləğində və ya 6,5 faiz artmasını şərtləndirib".

 

O vurğulayıb ki, 2018-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları nəzərə alınmadan hökumətin valyuta ehtiyatları xarici dövlət borcumuzu 4,3 dəfə üstələməklə ümumi daxili məhsulun 83,5 faizini təşkil edib: "Ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına da öz müsbət təsirini göstərib. Operativ məlumatlara əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub. İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı və ya ümumi daxili məhsula nisbətdə 5,9 faizlik profisit əldə edilib. 2017-ci illə müqayisədə gəlirlər müvafiq olaraq 6 milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər isə 1 milyard 151 milyon manat və ya 4,6 faiz çox icra olunub.  2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 411 milyon manat və yaxud təsdiq olunmuş proqnoza nisbətən 262,0 milyon manat çox icra edilib. Dövlət büdcəsinin kəsiri 951,0 milyon manat proqnoza qarşı faktiki olaraq 644,0 milyon manat az olub və ya 307,0 milyon manatadək daralıb: "Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artımla icra edilməsi xüsusilə qeyd olunmalıdır. Bu daxilolmalar 9 milyard 10 milyon manat və yaxud 102,4 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 207,0 milyon manat, 2017-ci illə müqayisədə isə 378,0 milyon manat və ya 4,4 faiz çox təşkil edib".

 

S.Şərifov əlavə edib ki, 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə nisbətən 444,0 milyon manat və ya 6,4 faiz çox icra edilib: "Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244,0 milyon manat çox vəsait daxil olub. Bu 2017-ci illə müqayisədə 825,0 milyon manat və ya 31,6 faiz çoxdur. Dövlət əmlakının özəlləşdirilməsi üzrə proqnoz 1,2 faiz artımla yerinə yetirilərək büdcəyə 101,2 milyon manat vəsait təmin edilib. 2018-ci ilin dövlət büdcəsinin xərcləri 22 milyard 719 milyon manat və yaxud 98,4 faiz icra edilib ki, bu da 2017-ci ilin icra göstəricisindən 0,3 faiz-bənd çoxdur. Ötən il dövlət və icmal büdcələrdə nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən layihələr tam həcmdə maliyyələşdirilib. Hesabat ilində dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 197 milyon manatı sosialyönlü xərclərin payına düşür ki, bu da 2017-ci illə müqayisədə 506,0 milyon manat və ya 7,6 faiz çoxdur".

 

Nazir qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkədə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları da 10 faiz artırılıb. Bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində əlavə olaraq 446,0 milyon manat təminat yaradılıb:

 

"Sosialyönlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 436,0 milyon manat, sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 100,0 və 50,0 milyon manat vəsait ayrılıb. Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 626 mənzillə təmin edilib, ordumuzda uzun müddət qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə ötən il 394 mənzil verilərək, ümumilikdə hərbi qulluqçulara verilmiş mənzillərin sayı 1284-ə çatdırılıb".

 

S.Şərifov bildirib ki, ölkəmizdə iqtisadi inkişafın aparıcı qüvvəsi olan sahibkarlığa dövlət dəstəyinin verilməsi möhtərəm Prezidentimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir: "Son illərdə bu istiqamətdə dövlət tərəfindən görülən məqsədyönlü tədbirlər Dünya Bankının “Doing Business 2019” təhlilində öz əksini tapıb, ölkəmiz ümumi reytinqdə yeni rekorda imza ataraq dünyada 10 ən islahatçı dövlət siyahısına daxil olub. Bu təhlil ölkəmizdə əlverişli investisiya mühitinin cəlbediciliyinin mühüm göstəricisi olmaqla, özəl, xarici və daxili sərmayələrin iqtisadiyyatımıza, xüsusən onun qeyri-neft sahələrinə axını üçün əlavə güclü təkan verir.

 

Sahibkarlığa dövlət dəstəyinin əyani göstəricisi kimi qeyd etmək yerinə düşər ki, hesabat ili ərzində kənd təsərrüfatı sahəsində çalışanlara 370,0 milyon manat məbləğində subsidiya və güzəştlər verilib, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 999 sahibkara 160,0 milyon manat məbləğində güzəştli şərtlərlə kreditlər ayrılıb, İpoteka və Kredit Zəmanəti Fondu isə ölkə bankları tərəfindən kreditləşdirilən 277,0 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib, 17,0 milyon manat məbləğində kreditlərlə bağlı zəmanət dəstəyi göstərib".

 

Nazir deyib ki, ölkənin qeyri-neft məhsullarının ixracının təşviqi və stimullaşdırılması proqramı çərçivəsində sahibkarlara dövlət büdcəsindən 15,0 milyon manat məbləğində ixrac təşviqləri ödənilib: "Hesabat ilində sosial, fiziki infrastruktur və digər investisiya təyinatlı layihələrin maliyyələşdirilməsi üçün dövlət investisiya proqramı hesabına 5 milyard 64 milyon manat və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu hesabına 301,0 milyon manat – cəmi 5 milyard 365 milyon manat vəsait sərf edilib.

 

Möhtərəm Prezident, 2018-ci ildə təsdiq etdiyiniz dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiyanın icrasına başlanılıb və ötən il ərzində görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəkindən 3,8 faiz-bənd azalıb və 19,0 faiz təşkil edib. Bununla yanaşı, daxili qiymətli kağızlar bazarının təşviqi, bank və sığorta sektorunun inkişafı üçün maliyyə alətlərinə olan tələbatın ödənilməsi, habelə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə il ərzində daxili bazarda 1 milyard 81 milyon manat məbləğində daxili dövlət borc kağızları yerləşdirilib. Ümumiyyətlə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərə 2 milyard 260 milyon manat vəsait istifadə olunub".


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək
22.03.2019, 13:19

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

Xəzərdə 4.5 ballıq zəlzələ oldu
21.03.2019, 21:45

Xəzərdə 4.5 ballıq zəlzələ oldu

Rusiyadan NATO açıqlaması
21.03.2019, 21:24

Rusiyadan NATO açıqlaması

Bakıda mebel sexi yanıb
21.03.2019, 21:10

Bakıda mebel sexi yanıb

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
21.03.2019, 20:52

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü
21.03.2019, 16:34

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
21.03.2019, 16:32

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”
21.03.2019, 16:10

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
21.03.2019, 15:50

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib
21.03.2019, 15:28

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib

Bakı-Sumqayıt magistralında yol qəzası
21.03.2019, 15:15

Bakı-Sumqayıt magistralında yol qəzası

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA
21.03.2019, 14:53

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?
21.03.2019, 14:22

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq
21.03.2019, 13:37

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21.03.2019, 13:28

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var
21.03.2019, 13:26

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı
21.03.2019, 13:00

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı

Azercell daha bir uğura imza atdı
21.03.2019, 12:34

Azercell daha bir uğura imza atdı

Qaradağda 2 otaqlı evdə YANĞIN
21.03.2019, 12:17

Qaradağda 2 otaqlı evdə YANĞIN

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21.03.2019, 11:26

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Polis həyətində çətənə əkəni saxladı
21.03.2019, 11:25

Polis həyətində çətənə əkəni saxladı

Bakı Novruzu belə qeyd edir - FOTOLAR
21.03.2019, 11:15

Bakı Novruzu belə qeyd edir - FOTOLAR

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ
21.03.2019, 11:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ

ARXİV