Modern.az

“Hamımız düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə” - ETİRAZ

“Hamımız düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə” - ETİRAZ

12 Yanvar 2019, 11:44

“Son vaxtlar yeniyetmələr arasında özləri ilə biçaq gəzdirmək hallari artıb. Orta məktəblərdə 10-11-ci sinif usaqları arasında yəqin ki, buna səbəb sosial şəbəkələrdə, teleseriallarda oğru aləmində baş verənlərin mütəmadi işıqlandırılması, təbliğ olunmasıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa  əsgərlikdən yenicə qayıdan gəncin ötən gün bıçaqlanaraq öldürülməsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, cərrah tanışlarından biri deyir ki, son zamanlar gənclər arasında ürəkdən və cinsi orqandan bicaqlamaq dəb halını alıb.

 

“Ciddi narahatedici məsələdir, fikrimcə valideynlər, məktəb müəllimləri, eləcə də Daxili İşlər nazirliyinin müvafiq qurumları profilaktik tədbirləri gücləndirməlidir. Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə. Zövqünüzə uyğun gəlib-gəlməməni bir tərəfə buraxın, bu verilişlərdə heç olmazsa mərhəmət təbliğ olunur. Ən təhlükəlisi də oğru və qatil dünyasının prinsiplərinin, davranışlarının Azərbaycan, Rusiya və Türkiyə telekanalları vasitəsilə müxtəlif proqramlarda müntəzəm təbliğ olunmasıdır. Onların ədasını yeniyetmələr dərhal götürürlər və öz çevrələrində onların jarqonları ilə danışırlar”.

 

Fazil Mustafa qeyd edib ki, hazırda kitabçıların verdiyi bilgiyə görə ən çox satılan ədəbiyyat da həbsxana və ya kriminal aləmlə bağlıdır.

“Azərbaycanın böyük mütəfəkkirlərinin abidəsinə rast gəlmək çox vaxt müşkül məsələ olur, kriminal avtoritetlərin əksəriyyətinə dəyəri ağlagəlməz səviyyədə olan qəbirüstü abidələr ucaldılır. Hamısı təsiredici amillərdir, ona görə də hər bir valideyn evdən cəmiyyət içinə göndərdiyi övladların davranışlarını xoş niyyətlə diqqətə almalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi