Modern.az

Kürdəmir sakinindən silah-sursat götürülüb

Kürdəmir sakinindən silah-sursat götürülüb

12 Yanvar 2019, 15:49

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

 

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Qarağac kənd sakini Rəşid Mexparadzedən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

 

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qarasu kənd sakinləri Eldar Rəhimovdan “İJ-12”, Rüstəm Rəhimovdan isə “İJ-43” markalı ov tüfəngləri götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?