Modern.az

Bakı metrosunda cibgir saxlanılıb

Bakı metrosunda cibgir saxlanılıb

12 Yanvar 2019, 16:34

Metronun “Elmlər Akademiyası” stansiyasında oğurluqda şübhəli bilinən şəxs tutulub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 11-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Masallı rayon sakini olan bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Quliyev saxlanılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi