Modern.az

Azərbaycan basketbolçuları üsyan etdilər - VİDEO

Azərbaycan basketbolçuları üsyan etdilər - VİDEO

12 Yanvar 2019, 20:31

Bu gün Azərbaycan Texniki Universitetinin idman zalında basketbol üzrə ölkə çempionatının ikinci turunun oyunları başlamalı idi.  Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, saat 11:00-da meydançaya ilk oyunda üz-üzə gələcək komandalar - “80-lər” və ADNSU çıxıblar. Lakin oyunun başlaması üçün hakimin fiti səslənəndən dərhal sonra komandalar meydançanı tərk ediblər. Buna səbəb milli çempionatda iştirak edən basketbolçuların Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi dəyişənə qədər yarışları boykot etmək qərarıdır. Federasiyanın rəhbəri Nadir Nəsibovdur.

 

Ölkənin aparıcı klublarından biri olan NTD-nin prezidenti Bəhram Abdinov deyir ki, Azərbaycan basketbolu olduqca aşağı səviyyədədir və nəhayət ki, nəyisə dəyişməyin vaxtı çatıb.

 

“Azərbaycanın yığma komandaları rəsmi yarışlarda iştirak etmirlər. Azərbaycan çempionatı tənəzzüldədir. Sponsorlar federasiya rəhbərliyinin üzündən köməkdən imtina edirlər. Nadir Nəsibova nə qədər hörmətim olsa da, getmək vaxtıdır. Federasiyaya 20 il rəhbərlik etmək çox böyük müddətdir. Köklü dəyişikliklər lazımdır. Biz Gənclər və İdman Nazirliyindən və Milli Olimpiya Komitəsindən məsələyə müdaxilə etməyi və basketbol federasiyasının rəhbərliyinin dəyişdirilməsi məsələsi ilə məşğul olmağı xahiş edirik”, - B.Abdinov bildirib.

 

Onun bu fikirlərini Azərbaycanın digər məşhur basketbol klubu olan AzTOP-un prezidenti Bəbir Əhmədov da dəstəkləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir