Modern.az

Polşada baş verən zəlzələdə 1 nəfər öldü: 6 yaralı

Polşada baş verən zəlzələdə 1 nəfər öldü: 6 yaralı

13 Yanvar 2019, 00:33

Polşada zəlzələ baş verib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yeraltı təkan ölkənin qərbində, Aşağı Sileziya bölgəsində qeydə alınıb.

 

Nəticədə Polkoviçe şəhəri yaxınlığındakı kömür mədənində uçqun baş verib, 1 nəfər ölüb, 6 nəfər də xəsarət alıb.

 

“Hazırda 7 zərərçəkənin olduğunu deyə bilərəm. Altı mədən işçisi xəstəxanalara çatdırılıb, daha biri də ölüb", - deyə “KGHM” şirkətinin sözçüsü dövlət telekanalına bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir