Modern.az

Pentensiar Xidmət: “Heç bir cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir”

Pentensiar Xidmət: “Heç bir cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir”

Aktual

15 Yanvar 2019, 11:18

Bir sıra KİV-lərdə və sosial şəbəkələrdə həbsxanada yeni cinayət əməli törətdiyinə görə barəsində cinayət işi başlanmış bloger Mehman Hüseynova dəstək məqsədilə ayrı-ayrı cəzaçəkmə müəssisələrində saxlanılan bəzi məhkumlar tərəfindən aclıq aksiyası keçirildiyi barədə məlumatlar yayılıb.

Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeçiliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir:

"Bununla bağlı yayılmış məlumatlar reallığı əks etdirmir, cəmiyyətdə çaşqınlıq yaratmaq və bəzi şəxsləri gündəmdə saxlamaq məqsədi daşıyır. Hər zaman olduğu kimi bu gün də Penitensiar xidmət tabe qurumlardakı vəziyyətlə bağlı ictimaiyyəti maraqlandıran istənilən məsələyə aydınlıq gətirməyə və kütləvi informasiya vasitələrinin sorğularını cavablandırmağa hazırdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır