Modern.az

Ləğv olunan dövlət orqanlarına işə qəbul üzrə müsahibələr keçirilməyəcək

Ləğv olunan dövlət orqanlarına işə qəbul üzrə müsahibələr keçirilməyəcək

15 Yanvar 2019, 15:13

Ləğv edilən dövlət orqanlarında olan vakant vəzifələrlə bağlı elan edilən ümumi müsahibələr üzrə qeydiyyat və keçirilməsi planlaşdırılan müsahibələr ləğv edilib.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Prezidentinin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə Müdafiə Sənayesi Nazirliyinin ləğv edilməsi səbəbindən bu nazirliyə işə qəbul üzrə elan edilən ümumi müsahibəyə təqdim edilən vakant vəzifələrin müsahibələrində iştirak üçün qeydiyyat dayandırılıb. 

 

Bildirilib ki, həmin vəzifələr üzrə müraciət edən namizədlər müvafiq elan üzrə digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

 

Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin 14 yanvar 2019-cu il tarixli digər Fərmanı ilə Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi də ləğv edilib. Bununla əlaqədar, Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilən ümumi müsahibədə həmin katiblikdə olan vakant vəzifələr üzrə qeydiyyatdan keçən namizədlərlə keçirilməsi planlaşdırılan müsahibələr ləğv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi