Modern.az

Komitə sədri Parlamentdə vətəndaşları qəbul etdi

Komitə sədri Parlamentdə vətəndaşları qəbul etdi

15 Yanvar 2019, 16:12

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin sədri  akademik Əhliman Əmiraslanov bu gün Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.

 

Modern.az xəbər verir ki, qəbulda səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən  vətəndaşlarla yanaşı, Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər də iştirak etmişdir. Müraciət edən vətəndaşlar xroniki xəstəliklərin müalicəsi, müxtəlif ağır cərrahi əməliyyatlar və s. üçün komitə sədrindən köməklik istəyiblər. Seçicilər isə, əsasən sosial problemlər,  işlə təmin olunma ilə bağlı müraciətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirdi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?