Modern.az

AzTV-yə sədrlik Rövşən Məmmədova tapşırıldı  

AzTV-yə sədrlik Rövşən Məmmədova tapşırıldı   

15 Yanvar 2019, 16:45

Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, AzTV sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.

Rövşən Məmmədov AzTV-yə 2015-ci ildə gəlib. Bu təyinatadək  AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı idi.

O, daha əvvəllər “Lider” TV-də çalışıb.

R.Məmmədov hazırda AzTV-də çalışmaqla yanaşı, Bakı Avrasiya Universitetində də dərs deyib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır