Modern.az

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı

15 Yanvar 2019, 22:32

Bu gün axşam saatlarında yağmağa başlayan güclü qar səbəbindən Ankara-İstanbul şosesi bağlanıb. Modern.az xəbər verir ki, yolda nəqliyyatın hərəkətini bərpa etmək üçün çoxlu sayda qartəmizləyici texnika cəlb olunub.

 

Həmçinin, yolda qalan avtomobillərdəki insanlar üçün yarana biləcək hər hansı təhlükənin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.

 

Ölkənin əksər bölgələrində havaların kəskin soyuması və güclü qarın yağması səbəbindən məktəblərdə iki günlük tətil elan olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir