Modern.az

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ  

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ   

Ölkə

16 Yanvar 2019, 08:16

2018-ci ildə ölkədə Ədliyyə Nazirliyinə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı ümumilikdə 5111 müraciət olub.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Ötən il ölkədə adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 2891 şəxs, soyad sonluğunun dəyişdirilməsi ilə bağlı isə 2220 şəxs müraciət edib.

Rəsmi məlumata görə, 2017-ci ildə isə ümumilikdə 5552 nəfər nazirliyə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıb:

“Onlardan 3013 nəfəri adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı, 2539 nəfəri isə soyad sonluğunun dəyişdirilməsi ilə bağlı olub”.

Müraciət edənlərin yaşı və cinsi ilə bağlı məsələyə gəldikdə, rəsmi məlumatda qeyd edilib ki, bununla bağlı statistika aparılmadığından, eləcə də "İnformasiya əldə etmək haqqında" Qanunun 21.2.5-ci maddəsinə əsasən sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb etdiyindən onların cavablandırılması mümkün deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir