Modern.az

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı

Aktual

16 Yanvar 2019, 10:31

01 noyabr 2018-ci il tarixdə verilmiş elan üzrə Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mövcud olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələr başa çatıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, elanlar çərçivəsində müsahibəyə təqdim olunan ən yüksək vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini və Nazirliyin Aparatında şöbə müdiri vəzifələri olub.

Müsahibələrdə iştirak etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə qeydiyyatdan keçmiş 119 namizəddən 38 nəfəri vəzifəyə uyğun bilindiyi halda, 65 namizəd lazımi keçid balını toplaya bilməyib, 6 namizəd müsahibədə iştirak etməyib, 10 namizəd isə müsahibədə iştirak etməkdən imtina edib. Maliyyə Nazirliyi üzrə qeydiyyatdan keçmiş 2 namizəd müsahibə nəticəsində uğur qazanmayıb.

 

Ümumilikdə, müsahibəyə çıxarılmış 93 vakant vəzifənin 1-i 3-cü təsnifata, 4-ü 4-cü təsnifata, 20-si isə 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 21-i 7-ci təsnifata aid olmaqla, 1-i AA, 15-i AB, 61-i AC, 9-u BA, 7-si isə BB vəzifə qrupuna aiddir.

Müvəffəqiyyət göstəricisi əsasən qadınlarda 25-30, kişilərdə isə 30-40 yaş aralığında müşahidə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı