Modern.az

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib

16 Yanvar 2019, 10:46

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycana səfəri başlayıb. 

 

Modern.az “Report”a istinadən xəbər verir ki, səfər çərçivəsində onun Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və başqa rəsmilərlə görüşü gözlənilir.

Görüşlərdə hərbi və hərbi texniki əməkdaşlığın inkişafı, terrorçuluğa qarşı mübarizə və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Səfərin yekununda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır