Modern.az

Aldığımız təhsil öz yerimiz tapmaqda hansı rolu oynayacaq…

Aldığımız təhsil öz yerimiz tapmaqda hansı rolu oynayacaq…

Mədəni̇yyət

24 Noyabr 2011, 15:45

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, tələbələrimizi universitetlərdə aldıqları təhsil qane edirmi..?
"Onlar universitetləri başa vurduqdan sonra aldıqları təhsillə Azərbaycanın inkişafında öz yerlərini müəyyənləşdirə bilirlərmi? Perspektivlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər ki..? Bu məsələdə tələbələrin fikirlərini bilmək, təkliflərini eşitmək istəyirəm. Odur ki, tələbələrimiz “Aldlğınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda fikirlərini açıq bildirsinlər”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Biz Azərbaycanın intibah dövründə yaşayırıq. Bütün sahələrimizdə inkişaf gedir. Təhsilimiz də burda başlıca yer tutur. Avropaya inteqrasiya etdiyimiz bu dövrdə, təhsildəki yeniliklərimizi Avropada artıq tədqiq olunmuş sistemlərdən götürüb dövlətimizdə bunu həyata keçiririk. Təhsildə yeniliyimiz, Baloniya sisteminə keçməyimizlə

əlaqədardı. Bu da təhsilimizin inkişafına, çiçəklənməsinə gətirdi. Düzdü təzəlikcə bu sistemə keçdiyimizdən bəzi catışmayan cəhətlərimiz də var, lakin bununla yanaşı, bu bizim gələcəkdə quracağımız karyeramızın uğurlu olmasına kömək edəcəkdir.

Təhsil aldığım universitetdə ixtisas fənlərimizdən başqa, bizə əlavə fənlər də keçirilir ki, bu da düşünülmüş bir addımdır. Bizi savadlı mütəxəssis kimi yetişdirməkdən əlavə həmçinin digər sahələrdə də savadlı mütəxəssis olmağımız üçün çalışırlar.

Dövlətimiz bizim savadlı, hər tərəfli mütəxəssis kimi yetişdirmək üçün çoxlu işlər görür. Savadlı tələbələrin xaricdə dövlət  hesabına təhsil almasını, savadının daha da artırılmasını şərait yaradır. Müxtəlif bilik yarışmaları keçirilir ki, bu da biz tələbələrin təhsilə marağını daha da artırır. Lakin biz  tələbələr uğurlu karyeramızı qurmaq üçün əzimlə calışmalı, axtarışlar aparıb, yeniliklər edib bilik səviyyəmizi artırmalıyıq. Bu zaman atdığımız hər bir addım gələcək iş, karyeramız üçün özül olacaqdır. Nə qədər möhkəm olsa, işlərimizdə də bir o qədər müvəffəqiyyət qazanacağıq. Dil bazisimizi də artırıb, möhkəmlətməliyik. Çünki təlabat bunu tələb edir.

Ümumilikdə aldığımız təhsil Azerbaycanın inkişafında öz yerini müəyyənləşdirməkdə hansi rolu oynaya bilər sualına mən belə cavab verərdim ki, kifayət qədər öz layiqli yerimizi tutmağa imkan yaradır.  Sadəcə hər inkişaf etmiş ölkədə olduğu kimi bizim də təhsil sistemimizdə hələ catışmayan cəhətlərimiz var və mən çox arzu edərdim ki, bu catışmamazlıqlar aradan tez götürülsün. Bizim üçün, inkişafımız üçün daha yaxşı yeniliklər etsinlər ki, bundan hər bir kəs yararlana bilsin. Biz qənaətlənməməli, daha da inkişaf edib, bizim xalqın ağıllı və savadlı olmağını bütün dünyaya göstərməliyik.

Nəticə olaraq onu qeyd etmək olardı ki, əsasən karyeranın təməlinin daha da güclü olmağı üçün ölkədaxili təhsildən əlavə ölkəxarici tehsil də almaq önəmlidir. Bunun bir çox proseslerə müsbət təsiri vardır. Misal olaraq deyə bilərik ki, ölkəxarici təhsil almaq nəinki bizim təhsilimizin təkmilləşdirilməsinə, həmçinin xarici ölkə vətəndaşlarının mədəniyyətinə və dünyagörüşü savadının artmasına təsir göstərir. Əlbətdə ki, təhsili olub, dünyagörüşü olmayan kadrlar öz karyeralarındakı yerlərini o qədər də uzunmüddətli tuta bilmirlər. Bu mütləqdir ki, dünyagörüşü olan kadr təhsili onunla bərabər olsa belə artıq onun yerini tutmuşdur. Bununla belə bu cür müxtəlif misallar çəkə bilərik. Başlıca məqsədimiz əsas aşağıdakı təhsillə bağlı suallara cavab verməkdir ki, biz

1) təhsili nə üçün alırıq
2) necə alırıq
3) nələrə sahib oluruq

Əgər hər hansı gənc bir tələbə və yaxud təhsilini genişləndirmək istəyi olan kadr, bu suallara cavab verməli olsa, məncə ümumi mövzunun məğzini açmış olacaqdır. Birinci suala cavab verərkən qeyd edə bilərik ki, əgər təhsil bazamız olmasa biz təhsili davamlı inkisaf etdirə bilmərik. Daim eyni mövzu ətrafında qalarıq. Belə inkişaf bizim kimi gənclərdə müxtəlif vərdişlər və bacarıqlar yaradır. Çox zaman isə, biz tələbələrin bacarıq və vərdişlərinin üzə çıxmasında mühüm rol oynayır. Təbii ki, təhsil öyrəncilərə şifahi, əyani və təcrübi üsullarla verilir. Yalnız onu qeyd etmək lazımdır ki, elə bu veriliş üsullarına nəzər yetirsək, təhsilin həyatımızda necə də vacib rol oynadığına asanlıqla inana bilərik. Qeyd edək ki, diggər 2ci ve 3cü suallara da mövzu daxilində toxunulmuşdur. Lakin daha yaxşı olardı ki, hər bir öyrənci bu suallara fərdi yanaşma üsuluna malik olsun. Bu zaman mövzunun əsas məğzi və istiqaməti anlamlı şəkil alar.            


Özal İbrahimli
Texniki Universitetin tələbəsi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?