Modern.az

Putinə qarşı sui-qəsdin qarşısı alındı

Putinə qarşı sui-qəsdin qarşısı alındı

Dünya

16 Yanvar 2019, 13:43

Serbiyanın Novi-Pazar şəhərində Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd planlaşdıran şəxs yaxalanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxsin vəhhabi dini cərəyanına qulluq edən Armin Alibaşiç olduğu bildirilib.

Hüquq-mühafizə orqanları Alibaşiçin çantasından şübhələniblər. Çantanın içində optik nişangaha mailk snayper tüfəngi tapılıb.

 

Armin Alibaşiçin evində aparılan axtarış zamanı çoxlu sayda silah-sursat və partlayıcı qurğu aşkar olunub. Bundan başqa, evdə İŞİD bayrağı da tapılıb.


Xatıraldaq ki, Vladimir Putin yanvarın 17-də Serbiyaya səfər edəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır