Modern.az

“Azərişıq” sabahdan gücləndirilmiş iş rejimində çalışacaq

“Azərişıq” sabahdan gücləndirilmiş iş rejimində çalışacaq

16 Yanvar 2019, 15:27

"Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq “Azərişıq” ASC əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar. İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar  ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb".

 

Modern.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

"Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər.Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

 Gücləndirilmiş iş günlərində Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində  zəruri olan mal-materialların, ehtiyatı yaradılb,maşın-mexanizmlər hazırlığı görülüb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək".  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi