Modern.az

Üç prezidentin yeni sammiti keçiriləcək

Üç prezidentin yeni sammiti keçiriləcək

Dünya

16 Yanvar 2019, 15:31

“Rusiya Azərbaycan və İranın iştirakı ilə üçtərəfli sammitə hazırlaşır”.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

 

O, növbəti sammitin Moskvada keçiriləcəyini söyləyib:

“Biz belə bir sammit hazırlayırıq və əmin olun ki, o baş tutacaq”-deyə Lavrov qeyd edib.

 

Xatırladaq ki, bundan əvvəl, İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani Bakıda və Tehranda görüşmüşdülər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır