Modern.az

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”  

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”   

Aktual

16 Yanvar 2019, 17:03

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son günlər imzaladığı fərman və sərəncamlar ölkəmizdə böyük struktur və kadr islahatlarının başlanmasından xəbər verir. İslahatlar gözlənilən idi. Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində bununla bağlı fikirlərini konkret şəkildə ifadə etmişdi: “…idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü…””.

 

Bunu Modern.az-a Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O xatırladıb ki, Prezident İlham Əliyev çıxışında 2019-cu ildə struktur islahatının kadr islahatı ilə bir növ, paralel şəkildə aparılacağının da anonsunu vermişdi.

“Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Cənab İlham Əliyevin məlum çıxışı eyni zamanda ötən il görülmüş işlər barədə hesabat idi. Hər bir vətəndaş kimi mən də görülmüş işlərdən qürur duydum. Azərbaycan sözün həqiqi mənasında inkişafdadır. İnkişafın dönməzliyinin təminatı olan cənab İlham Əliyev struktur və kadr islahatlarını bu yoldakı mühüm vəzifə kimi müəyyənləşdirir, səmərəlilik amilini önə çəkir: “Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər””.

 

Ə. Amaşov qeyd edib ki, əslində struktur və kadr islahatları 2018-ci ilin Prezident seçkilərindən sonra başlayıb.

“Gənclər dövlət idarəçiliyindəki yüksək vəzifələrə, o cümlədən nazir və komitə rəhbəri kimi mühüm postlara təyin edilmişdilər. Hesab edirəm ki, 2019-cu ildə bu siyasət daha ardıcıl şəkildə davam etdiriləcəkdir. Dövr, zaman dəyişir. Heç şübhəsiz, idarəçiliyə münasibət də dəyişir. İdarəçilik nəinki çevik və institusional, eyni zamanda gələcək üçün hesablanmış da olmalıdır. Əlbəttə, proqnozlaşdırmaq çətindir, amma biz indidən bilməliyik ki, yaratdığımız hər hansı dövlət qurumu müəyyən müddət keçdikdən sonra üçün hansı funksiyaları daşımaq iqtidarında olacaq və ya olmayacaq.

Əminəm ki, ölkəmizdə hər sahədə aparılan islahatlar öz bəhrəsini, konkret müsbət nəticəcələrini bundan sonra da verəcəkdir. Bunun üçün siyasi iradə, yüksək potensial və Azərbaycanın inkişafı naminə yorulmadan çalışmaz əzmi var”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır