Modern.az

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi

16 Yanvar 2019, 20:28

İranda ilk dəfə dəmiryolunda təcili yardım lokomotivi istifadəyə veriləcək. Modern.az “Trend”ə istinadən xəbər verir ki, İranın Dəmiryol İdarəsi rəsmiləri ilə həyata keçirilən razılaşmalara əsasən, ölkədə 30 dəmiryolu təcili yardım lokomotivi yaradılır.

 

İranın Təcili Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivənd deyib ki, ilk dəmiryolu təcili yardım lokomotivi Şahrudda, sonra isə Həmədanda istifadəyə veriləcək.

 

Kluivənd deyib ki, hazırda İranda 3 min yardım məntəqəsi var. Bundan əlavə, 41 havadan yardım məntəqəsi, 320 təcili yardım motosikleti fəaliyyət göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir