Modern.az

Azərbaycanlı “donuz qripi”nə yoluxdu

Azərbaycanlı “donuz qripi”nə yoluxdu

16 Yanvar 2019, 20:43

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb. Modern.az “Report”un Gürcüstan bürosuna istinadən xəbər verir ki, 59 yaşlı kişi qrip simptomları ilə rayon xəstəxanalarından birinə yerləşdirilib.

 

Həkimlərin bildirdiyinə görə, həmin şəxsin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur.

 

Kişinin A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində təsdiq olunub.

 

Marneulidə 39 yaşlı qadının da “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və onun da vəziyyətinin ağır olduğu bildirilir.

 

Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi”ndən 17 nəfər ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir