Modern.az

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək

16 Yanvar 2019, 21:24

Son dövrdə terrorçular tərəfindən keçirilən təxribatların sayı artıb, hətta onlar təhlükəsizlik bölgə üzərində nəzarəti gücləndirib. Bu səbəbdən Türkiyə rəhbərliyi ilə yeni fikir mübadiləsi aparmağa ehtiyac yaranıb. Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfərini şərh edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

 

Liderlərin Suriyada həll prosesinin daha fərqli cəhətlərini müzakirə edəcəklərini deyən Uşakov xüsusilə də konstitusiya komitəsinin fəaliyyətə başlaması və İdlibdəki vəziyyəti gündəmə gətirəcəklərini bildirib.

 

Y.Uşakov qeyd edib ki, bu səfərdən sonra Rusiya, Türkiyə və İran arasında üçlü zirvənin Rusiyada keçirilməsini təklif edəcəklər: “Sammitin tarixi hələ müəyyən olunmayıb, amma bunu Türkiyə və İranla görüşəcəyik və 23 yanvarda Ərdoğanla keçiriləcək danışıqlardan sonra üçlü zirvənin praktiki hazırlıqlarına başlayacağıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər