Modern.az

Ermənistan Azərbaycanla sərhədə silah yığır - VİDEO

Ermənistan Azərbaycanla sərhədə silah yığır - VİDEO

Qarabağ

17 Yanvar 2019, 11:39

Ermənistanın yeni siyasi rəhbərliyi sülh çağırışları etsə də, hərbi hazırlıq prosesini də davam etdirir.

Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, rəsmi Yerevan Azərbaycanla sərhəd rayonlarda zenit-artilleriya sistemləri yerləşdirib.

 

Bu barədə ölkənin Baş Qərargah İdarəsinin administrasiya aparatının rəisi Samvel Asatryan açıqlama verib.

 

Onun sözlərinə görə silah anbarları döyüş meydanılna mərmilərin gətirilməsi vaxtını azaldacaq, döyüş aparmaq üçün əlverişli şərait yaradacaq.

Asatryan anbarların yerləşdiyi yerin və həyata keçirilən mühəndis işlərinin gizli şəraitdə aparıldıöını deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir