Modern.az

Aktyor Elxan Qurbanov səhnədə məşq zamanı dünyasını dəyişib

Aktyor Elxan Qurbanov səhnədə məşq zamanı dünyasını dəyişib

24 Noyabr 2011, 17:58

Gənc Tamaşaçılar Teatrının aktyoru Elxan Qurbanov bu gün premyerası keçirilməsi nəzərdə tutulan “Romeo və Cülyetta” tamaşasinin məşqi zamanı, saat 16:30 radələrində dünyasını  dəyişib. Aktyorun ürək çatışmazlığından dünyasını dəyişdiyi ehtimal edilir.

APA-nın məlumatına görə, hazırda meyitin üzərində ekspertiza aparılır və bu səbəbdən aktyorun ailəsinə təhsil verilməyib.

Qeyd edək ki, Elxan Hacıbaba oğlu Qurbanov 1952-ci ildə Bakıda anadan olub. Dram və kino aktyoru olan E.Qurbanov bir neçə film, serial və reklamlarda çəkilib. Son dövrlər E.Qurbanov “Biz qayıdacağıq”, “Günaydın mələyim”, “Küçələrə su səpmişəm” filmlərində rol alıb.

Allah rəhmət eləsin!

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?