Modern.az

Bakı Nəqliyyat Agentliyində TƏYİNAT

Bakı Nəqliyyat Agentliyində TƏYİNAT

17 Yanvar 2019, 12:39

Bakı Nəqliyyat Agentliyində (BNA) yeni təyinat olub. Modern.az-ın məlumatına görə, BNA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Rəvanə Əliyeva gətirilib.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən qurumun mətbuat katibi Mais Ağayev faktı təsdiqləyib.

Qeyd edək ki, Rəvanə Əliyeva bu təyinatadək BNA-nın İctimiayyətlə əlaqələr sektorunda baş məsləhətçi vəzifəsində çalışıb.

Daha əvvəl isə Binəqədi Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır