Modern.az

Quba və Lerikdə hava DURUMU

Quba və Lerikdə hava DURUMU

17 Yanvar 2019, 14:34

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozunu verib.

 

Yanvarın 17-si saat 12:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

 

Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

Modern. az bir neçə rayonla əlaqə saxlayaraq  hava durumu ilə bağlı məlumat əldə etməyə çalışıb.

 

Quba Rayon İcra Hakimiyyətindən saytımıza verilən məlumata görə, hazırda rayonda vəziyyət normaldır.

 

“Qar yağır. Xınalıqda qar daha çoxdur. Hava soyuq olsa da, qış üçün xarakterikdir. Xınalıq  adi vaxtlarda belə qarlı-şaxtalı yerdir. Ona görə də biz o soyuğu qeyri-adi qəbul etmirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  xəbərdarlığına əsasən Quba Rayon İcra Hakimiyyəti olaraq gücləndirilmiş iş rejimində çalışırıq”

 

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov də  Lerikdə adi dumanlı hava şəraitinin hökm sürdüyünü bildirib.

 

“Dağlarda qar müşahidə olunsa da, rayonun  mərkəzində çiskinli hava hökm sürür. Nazirlər Kabinetinin tapşırığına əsasən qərargah yaradılıb. Aidiyyatı qurumlar qərargahın üzvləridir.

 

Növbətçilik sistemi bütün  müəssisələrdə təşkil edilib. İcra aparatında qaynar xəttimiz var. Elə bir narahatlıq hiss etmirik. Onsuz  gücləndirilmiş iş rejimində çalışırıq. Nəsə olarsa, köməkliyimizi əsirgəməyəcəyik”

 

Xatırladaq ki, artıq digər rəsmi qurumlar hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib, gücləndirilmiş iş rejiminə keçiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir