Modern.az

İki erməni əsgəri minaya düşdü

İki erməni əsgəri minaya düşdü

17 Yanvar 2019, 14:45

Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir.

Bu haqda Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir. 

Ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıblar: "Hərbçilər təcili hərbi tibb müəssisəsinə təxliyə ediliblər. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır".

Qeyd edək ki, yanvarın 16-da erməni mətbuatı Tavuş vilayəti Barekamavan kəndinin sakini Arman Mikaelyanın minaya düşərək yaralanması barədə məlumat vermişdi.
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?