Modern.az

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi

Aktual

17 Yanvar 2019, 15:22

2018-ci il dövlət büdcəsinin icrasına dair məlumat açıqlanıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2018-ci il üzrə dövlət büdcəsinin mədaxili 22411,3 mln. manat,  xərcləri 22718,9 milyon manat olub.

 

Gəlirlər

2018-ci il üzrə dövlət büdcəsinin mədaxili 22149,0 mln. manat proqnoza qarşı  22411,3 mln. manat və ya 101,2 faiz icra olunub. 
Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 7417,6 mln. manat və ya  proqnoz 100,5 faiz icra olunub.
Həmin vəsaitin 67,1 faizi və ya 4975,5 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2018-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3434,4 mln. manat vəsait daxil olmuş və proqnoz 107,6 faiz icra olunub.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 10959,0  mln. manat  vəsait transfert edilib.
2018-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 466,4 mln. manat, sair daxilolmalardan 134,3 mln. manat vəsait dövlət büdcəsinə daxil olub. 2018-ci ilin oktyabr-dekabr ayları üzrə  dövlət büdcəsinin mədaxili 6320,7 mln. manat icra olunub.

 

Xərclər

 

2018-ci ildə dövlət büdcəsinin xərcləri 98,4 faiz və ya 22718,4 mln. manat  icra edilib.
2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7052,9 mln. manat icra olunub.  
2018-ci il ərzində dövlət büdcəsi xərclərinin 11549,8 mln. manatı və ya 50,8 faizi cari xərclərə, 8941,9 mln. manatı və ya 39,4 faizi əsaslı xərclərə, 2227,2 mln. manatı və ya 9,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəldilib.
Dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7196,6 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2017-ci illə müqayisədə 505,9 mln. manat və ya 7,6 faiz çoxdur.

Dövlət büdcəsinin kəsiri

Dövlət büdcəsinin kəsiri 307,6 mln. manat və ya təsdiq olunan yuxarı həddən 643,4 mln. manat az olub.
Kəsirin maliyyələşdirilməsi 222,6 mln. manatı dövlət istiqraz vərəqələrinin satışından və 101,2 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitlər hesabına həyata keçirilib.

İcmal büdcə

2018-ci ilin icmal büdcəsinin gəlirləri 31034,7 mln. manat, xərcləri  isə 26334,4 mln. manat icra olunub. 

2018-ci ilin icmal büdcədə 4700,3 mln. manat büdcə artıqlığı (profisit) yaranıb. 
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!