Arxiv
17 Yanvar 2019, 15:40 | MƏDƏNİYYƏT
Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”

“Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncamı Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Bu sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda böyük razılıqla qarşılanıb. 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək”.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

 

Onun sözlərinə görə, sərəncamda qeyd edildiyi kimi, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir.

 

“Həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin heykəli ucaldılıb və şair haqqında məşhur bədii film çəkilib.

 

Ulu öndər Heydər Əliyev kimi, İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan və inkişaf etdirən Prezidentdir. Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunan və ssenari müəllifi olduğum “Dahi azərbaycanlı” filmində (2013) onun təşəbbüsü və tapşırığı ilə çəkilən “Nəsimi”, “Babək”, “Dədə Qorqud” və “Nizami” filmləri barədə məlumat verilib”.

 

Deputat bildirib ki, Nəsimi dövrü və onun fəlsəfi görüşləri lazımınca araşdırılmayıb:

“Onun ustadı Fəzlullah Nəimi hürufilik elmi-fəlsəfi cərəyanının banisidir. Sovet dönəmində Nəsiminin din əleyhinə olduğu iddia edilir, əslində isə o, dinin əleyhinə deyildi. O, dində islahatların tərəfdarı idi. Nəsiminin dində islahatlar təklifi orta əsr Avropasındakı dini islahatlardan daha öncə baş verib. Bəşəri dəyərlərə, insana sevgiyə və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının əsas xəttidir”.

 

Akademik Nəsiminin məzarının Hələbdən Azərbaycana gətirilməsi haqda təkliflərə də münasibət bildirib.

 

“60 milyonluq Azərbaycan xalqı dünyanın hər yerində öz tarixini yaradıb. Biz onların məzarlarını bura yığa bilmərik. Ən görkəmli adamlarımız harada yaşayıb-yaradıbsa, dəfn olunubsa, bizim orda tariximiz var. Tariximizə toxunmaq olmaz. Və Nəsiminin məzarının Hələb şəhərində qalmasının tərəfdarıyam.

 

Bilirik ki, böyük mütəfəkkirimiz Rəsul Rza Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib. Mən o zaman bu məsələlərlə bağlı Rəsul Rzayla çoxsaylı söhbətlər etmişəm. O, Nəsiminin məzarının aşkar olunması və qorunub saxlanılmasında mühüm rol oynayıb”.

 

Y.Mahmudov onu da bildirib ki, Tarix İnstitutu bu il Şamaxı şəhərində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək 19 Aprel 2019, 18:31 Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23 İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:15 Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar 19 Aprel 2019, 18:07 Deputat “Komandir”in təqdimatında Qarabağ naminə birliyə ÇAĞIRDI 19 Aprel 2019, 17:54 Jiru “Çelsi”nin tarxinə adını yazdırdı 19 Aprel 2019, 17:50 ABŞ-a işləyən 300 nəfərlik casus şəbəkəsi çökdürüldü 19 Aprel 2019, 17:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilkin nizamnamə fondu - 100 min manat 19 Aprel 2019, 17:40 Problemli kreditləri olan vətəndaşlara kompensasiya ödənişi başladı - RƏSMİ 19 Aprel 2019, 17:38 Citibank nümayəndəsi UNEC-də təqdimat etdi   19 Aprel 2019, 17:37 Elmi konfrans “Heydər Əliyev və müasir Azərbaycan təhsili” 19 Aprel 2019, 17:35 İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu” 19 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 19 Aprel 2019, 17:29 İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU 19 Aprel 2019, 17:29 Azərbaycan hərbçiləri NATO-nun təlimində iştirak edib 19 Aprel 2019, 17:10 Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32