Modern.az

Böyük İpək Yolu 20 yanvar faciəsini andı -  FOTOLAR

“Böyük İpək Yolu” 20 yanvar faciəsini andı -  FOTOLAR

17 Yanvar 2019, 17:55

Bu gün “Böyük İpək Yolu” Beynəlxalq Gənclər ittifaqı 20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamını əsas götürərək, azadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 Yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi və fədakarlığı bir daha unutdurmamaq məqsədilə Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin tərəfdaşlığı ilə yeniyetmə və və gənclərin rəsm sərgisi təşkil edilib.

 

Modern.az xəbər verir ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclərİttifaqının təşkilatçılığı ilə 20 –dən artıq yeniyetmə və gəncin qanlı yanvara aid əsəri, o cümlədən 20 yanvar hadisələrinin canlı şahidi Əməkdar rəssam Rəfael Muradovun “Qanlı Yanvar” əsəri sərgilənib.

 

Sərgidə dövlət qurumları, gənclər təşkilatlarının nümayəndələri, xarici ölkələrin Azərbaycandakı nümayəndəliklərindən qonaqlar iştirak edib. Bildirilib ki, faciə ilə bağlı məlumat ittifaqa üzv olan ölkələrdə də yayımlanacaq.

 

Tədbirdə çıxış edən Xalq rəssamı Ağaəli İbrahimov deyib ki, 20 Yanvar faciəsindən 30 il keçsə də heç bir zaman unudulmur.

“20 Yanvar faciəsi Azərbaycan tarixinə qanla yazılıb. Bizlər bu faciənin canlı şahidi olsaq da, yeni gələn nəsil bizim dediklərimizdən öyrənib bu faciəni. Onlar görmədikləri bu faciəni çox gözəl canladırıblar. 400 rəssamın 700 əsəri arasından 110 əsər seçildi. Biz çalışmalıyıq ki, 20 Yanvar, Xocalı faciələrini bütün dünyaya çatdıraq. Bunun üçün bizim gənclərimiz dəstək verməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir