Modern.az

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi

17 Yanvar 2019, 20:04

Dünən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bir neçə iri şəhərlərin və paytaxtın digər polis idarələrinin bir neçə rəisinin dəyişdirməsi ilə bağlı məlumat vermişdik.

Modern.az-ın “Unikal.org”a istinadən verdiyi məlumata görə, bu gün daha iki təyinat məlum olub. Belə ki, Ramil Usubovun müvafiq əmri ilə Şəmkir rayon Polis şöbəsinin rəisi Cəmil Əmirov vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin rəisi təyin edilib. 

Cəmil Əmirov Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun qardaşıdır.

 

Bundan başqa, nazir Mingəçevir şəhər Polis şöbəsinin rəisi Cavid Muradovu vəzifəsindən azad edərək onu Səbail Rayon Polis İdarəsinin rəisi təyin edib.

Cavid Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovun oğludur.

 

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır