Modern.az

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi

17 Yanvar 2019, 20:02

Bu gün Bakıda müşahidə edilən güclü külək Qaradağ rayonunda ciddi fəsad yaradıb. Modern.az xəbər verir ki, güclü külək nəticəsində “Binə” ticarət mərkəzində reklam lövhəsi yaxınlıqdan keçən orta yaşlı kişinin üstünə aşıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, həmin şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyati təhlükəsi yoxdur.

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

 

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir