Modern.az

Güclü külək “Azərenerji”nin işinə necə təsir etdi? 

Güclü külək “Azərenerji”nin işinə necə təsir etdi? 

18 Yanvar 2019, 10:34

Güclü küləyə görə “Azərenerji” ASC-nin stansiya, yarımstansiya və yüksək gərginlikli ötürmə xətlərində heç bir açılma və qəza halı baş verməyib.

 

“Azərenerji”dən Modern.az-a verilən məlumata görə,  ayın 16-sı ilə müqayisədə 17-də istehsal və ixrac artıb.

Hava şəraiti ilə əlaqədar olaraq 17 yanvar tarixində “Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirilib və qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün stansiyalarda fırlanan ehtiyat güc saxlanılıb.

Güclü külək olmasına baxmayaraq “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan elkektrik stansiyaları, yarımstansiyalar və yüksək gərginlikli elektrik ötürmə xətlərində heç bir açılma və qəza halı baş verməyib. Əksinə tempraturun 10 dərəcə aşağı düşməsi ilə əlaqədar tələbat artdığından 16 yanvar tarixi ilə müqayisədə daha çox elektrik enerjisi istehsal edilib və ötürülüb.  Belə ki, yanvar ayının 16-da 70.2 milyon kvts elektrik enerjisi istehsal edilmişdirsə, yanvarın 17-də 71.3 milyon kvts və ya 1.1 milyon kvts artıq elektrik enerjisi istehsal edilib. Eyni zamanda qonşu ölkələrə yanvarın 16-da 7.5 milyon kvts elektrik enerjisi ötürüldüyü halda, yanvarın 17-də 7.8 milyon kvts elektik enerjisi ixrac edilib.   

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi