Modern.az

Xəzərdə gəmilər növbətçi təyin olunub - AÇIQLAMA

Xəzərdə gəmilər növbətçi təyin olunub - AÇIQLAMA

Aktual

18 Yanvar 2019, 10:55

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yanvarın 17-də Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında  hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri görüb.

Qurumun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ASCO Xəzərdə üzən bütün gəmilərinə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə iki gün öncədən yazılı məlumat göndərib, müvafiq tapşırıqlar verib.


“Tapşırığa əsasən baş verə biləcək fövqəladə hadisələrə qarşı dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə ASCO-ya məxsus gəmilər növbətçi təyin olunub. Belə ki, “Vixr-3”, “Qubadlı”, “Nefteqaz-58”, “Lütoqa”, “Andoqa” gəmiləri Neft Daşları-Günəşli-Cilov, “Aura” və “Yarenqa” gəmiləri Abşeron, “İrgiz” və “Kapitan Ağasıyev” gəmiləri Bakı-Bahar, “Vixr-9”, “Vixr-5”, “Zirə”, “Mərdəkan” və “Sumqayıt”  gəmiləri isə Qaradağ-MPS-Ümid rayonlarında təhlükəsizliyin təmini istiqamətində xidmət həyata keçiriblər.

Bununla bərabər, “Salyut” və “Hövsan-5” gəmiləri ASCO-nun sahil obyektləri ərazisində növbətçiliyə cəlb olunublar.

Bu saatadək hər hansı fövqəladə hal qeydə alınmayıb.

Onu da qeyd edək ki, ASCO-da hava şəraitinin kəskin dəyişməsi ilə bağlı həyata keçirilən bütün tədbirlər əlaqələndirilib və mərkəzləşdirilmiş nəzarət gücləndirilib”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır