Modern.az

“Mavi ölüm” Bakıda 26 nəfəri ZƏHƏRLƏDİ

“Mavi ölüm” Bakıda 26 nəfəri ZƏHƏRLƏDİ

Aktual

18 Yanvar 2019, 11:55

“Son iki gün ərzində Bakıda dəm qazından zəhərlənmə ilə bağlı müarciət edənlərin sayı 26 nəfər olub.

Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

A.Maqsudovun sözlərinə görə, 26 müraciətin hamısı Bakıdan olub:

 “Aralarında iki azyaşlı olan iyirmi nəfər ilkin tibbi yardım göstərildikdən və məsləhət aldıqdan sonra evə buraxılıb. Qalan 6 nəfər şöbəyə qəbul olunub”.

Baş toksikoloq qeyd edib ki, hazırda şöbədə iki qadın müalicə alır:

“Onların vəziyyəti yaxşıdır, günün ikinci yarısı evə yazılacaqlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı