Modern.az

Gürcüstandakı azərbaycanlılardan “donuz qripi”nə yoluxanlar var

Gürcüstandakı azərbaycanlılardan “donuz qripi”nə yoluxanlar var

18 Yanvar 2019, 12:24

“Azərbaycanlıların sıx məskunlaşdığı Marneuli rayonunda soydaşlarımız arasında da   “donuz qripi” aşkarlanıb. Düzü, bu barədə geniş açıqlama vermirik. İnsanları təşvişə salmaq istəmirik. Onu deyə bilərəm ki, artıq “donuz qripi”nin qarşısı alınıb və qorxulu bir şey yoxdur”.

 

Bunu Modern.az-a açıqlamasında  Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov deyib.

Onun sözlərinə görə, virus  təhlükəsi get-gedə azalmağa başlayıb.

 

“Gürcüstan səhiyyəsinin rəsmi məlumatlarına görə, virusla bağlı  əvvəlki müraciətlərin sayı kəskin azalıb. Ancaq bəzi yerlərdə virus təhlükəsinə rast gəlmək olar”

 

Deputat “donuz qripi” səbəbindən ölkəyə axın edən turistlərin sayında azalma olduğunu da vurğulayıb.

 

“Gürcüstanda “donuz qripi” adlanan virusun yayılması ölkə iqtisadiyyatına ziyan vurub. Belə ki, avropalı turistlərin sayında  azalma müşahidə olunur. Çünki ölüm faktları aşkar olunduğundan xarici turistlər Gürcüstana səfər etməkdən imtina ediblər”.

 

Xatırladaq ki, Gürcüstanda bu günə qədər "donuz qripi" adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır